Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-11-2026 , 19:12

87

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

“Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib: TƏŞKİLATÇILAR ARASINDA BƏLƏDİYYƏLƏR DƏ VAR 

07 noyabr 2026-cı il tarixində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 21 kilometrlik “Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib.

Yarımarafon Masallı Rayon İcra Hakimiyyətinin, Masallı, Ərkivan və Qəriblər bələdiyyələrinin təşkilatçılığı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və “Bakı Marafon Klubu”nun tərəfdaşlığı ilə təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək abidələri önünə tər güllər düzüblər.

Yarımarafonun start nöqtəsində iştirakçıları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, bu kimi kütləvi idman tədbirlərinin sağlam həyat tərzinin təşviqində, gənclərin idmana marağının artırılmasında və Zəfər ruhunun yaşadılmasında mühüm rol oynadığını vurğulayıb.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarımarafona start verilib.

İştirakçılar Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydandan start götürərək Masallı şəhəri, Ərkivan qəsəbəsi və Qəriblər kəndindən keçən marşrut üzrə hərəkət ediblər. 21 kilometrlik məsafəni qət edən idmançılar yarışı Masallı şəhərində yerləşən Heydər Əliyev Parkında başa vurublar.

Yarışın sonunda qaliblərə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən kuboklar, Fəxri fərmanlar və pul mükafatları təqdim olunub. Marşrutu tam başa vuran digər iştirakçılar isə medal və sertifikatlarla təltif ediliblər.

“Masallı Zəfər qaçışı 2026” yarımarafonu Zəfər Gününün mənəvi dəyərlərinin təbliği, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, eləcə də rayonda idmanın və sağlam həyat tərzinin təşviqi baxımından əlamətdar idman tədbiri kimi yadda qalıb.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər