Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-06-2026 , 08:33

211

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu şəhərin bələdiyyə sədri də nümayəndə heyətinin tərkibdə yer alıb


 Belarus Respublikasının Polotsk şəhərində keçirilən “Şəhər günü” tədbirlərində Mingəçevir şəhərinin nümayəndə heyəti iştirak edib.  Polotsk Rayon İcraiyyə Komitəsinin sədri Vasili  Şilovun dəvəti ilə həyata keçirilən səfərdə Mingəçevir şəhərini Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Fərid Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov və “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov da yer alıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Polotsk şəhərinin rəhbərliyi ilə görüş keçirərək şəhərlər arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib. Görüşlər zamanı iqtisadiyyat, sənaye, kommunal təsərrüfat, təhsil, mədəniyyət və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi həyata keçirilib.

Nümayəndə heyəti həmçinin “Şəhər günü” münasibətilə təşkil olunan rəsmi qəbulda, mədəni-kütləvi tədbirlərdə, sərgilərdə və bayram proqramına daxil edilmiş digər tədbirlərdə iştirak edib. Səfər zamanı Polotsk şəhərinin tarixi-mədəni irsi və sosial-iqtisadi inkişaf göstəriciləri ilə yaxından tanışlıq imkanı əldə olunub.

Qeyd edək ki, Mingəçevir və Polotsk şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq münasibətləri uzun illərdir uğurla davam edir. Nümayəndə heyətinin bu səfəri iki şəhər arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər