Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-05-2026 , 19:25

102

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri növbəti qəbul keçirib

Ağcabədi Bələdiyyəsində vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə növbəti qəbul təşkil edilmişdir. Görüşdə bələdiyyə sədri İsmayıl Rəsulovla yanaşı, aidiyyəti üzrə məsul əməkdaşlar da iştirak etmişlər.

Qəbul çərçivəsində sakinlər sosial təminat, məişət problemləri, torpaq münasibətləri və infrastrukturla bağlı müxtəlif məsələləri diqqətə çatdırmış, təklif və müraciətlərini səsləndirmişlər. Vətəndaşlar mövcud problemlərin operativ qaydada həll olunmasını xahiş etmişlər.

Bələdiyyə sədri İsmayıl Rəsulov hər bir müraciəti diqqətlə dinləmiş, qaldırılan məsələlərin araşdırılması və qısa müddətdə həlli istiqamətində aidiyyəti şöbələrə müvafiq tapşırıqlar vermişdir. O, əhalinin rifah halının yaxşılaşdırılması, mövcud çətinliklərin mərhələli şəkildə aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin edilməsinin fəaliyyətin əsas prioritetlərindən olduğunu vurğulamışdır.

Bildirilib ki, mütəmadi keçirilən vətəndaş qəbulları sakinlərlə yerli özünüidarəetmə orqanları arasında əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və açıq dialoqun inkişafına mühüm töhfə verir. Bu görüşlər eyni zamanda bələdiyyə fəaliyyətində şəffaflığın artırılmasına və vətəndaşların etimadının gücləndirilməsinə xidmət edir.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər