Bələdiyyə sədri növbəti qəbul keçirib
Ağcabədi Bələdiyyəsində vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə növbəti qəbul təşkil edilmişdir. Görüşdə bələdiyyə sədri İsmayıl Rəsulovla yanaşı, aidiyyəti üzrə məsul əməkdaşlar da iştirak etmişlər.
Qəbul çərçivəsində sakinlər sosial təminat, məişət problemləri,
torpaq münasibətləri və infrastrukturla bağlı müxtəlif məsələləri diqqətə
çatdırmış, təklif və müraciətlərini səsləndirmişlər. Vətəndaşlar mövcud
problemlərin operativ qaydada həll olunmasını xahiş etmişlər.
Bələdiyyə sədri İsmayıl Rəsulov hər bir müraciəti diqqətlə
dinləmiş, qaldırılan məsələlərin araşdırılması və qısa müddətdə həlli istiqamətində
aidiyyəti şöbələrə müvafiq tapşırıqlar vermişdir. O, əhalinin rifah halının
yaxşılaşdırılması, mövcud çətinliklərin mərhələli şəkildə aradan qaldırılması və
vətəndaş məmnunluğunun təmin edilməsinin fəaliyyətin əsas prioritetlərindən
olduğunu vurğulamışdır.
Bildirilib ki, mütəmadi keçirilən vətəndaş qəbulları sakinlərlə yerli özünüidarəetmə orqanları arasında əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və açıq dialoqun inkişafına mühüm töhfə verir. Bu görüşlər eyni zamanda bələdiyyə fəaliyyətində şəffaflığın artırılmasına və vətəndaşların etimadının gücləndirilməsinə xidmət edir.
Rəylər
0 Rəy