Sədr Mikayıl Cabbarova müraciət edib: Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyələrlə yaratdığı problemlərə son qoyulsun
Şəmkir rayonu, Çinarlı Bələdiyyəsinin sədri Arzu Qafarov İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciəıt ünvanlayıb. Müraciətdə bələdiyyə sədri Əmlak Məslələri Dovlət Xidmətinin bələdiyyələrə yaratdığı problemlərin tezliklə həll edilməsini xahiş edib. Müraciəti olduğu kimi təqdim edirik:
“İqtisadiyyat
naziri cənab Mikayıl Cabbarova
Hörmətli Cənab
nazir, Sizin tabeliyinizdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin məsul vəzifəli
şəxsləri bələdiyyə sənədlərinə etibarsız
yanaşır. Belə ki, bələdiyyə tərəfindən göndərilən sənədlər aylarla, bəzən
də illərlə baxılmamış qalır. Vətəndaşın illərlə istifadə etdiyi, üzərilərində
ev tikib yaşadığı torpaqları sənədləşdirmək üçün bələdiyyəyə müraciət edir. Bələdiyyə
tərəfindən sənədləşdirmə proseduruna başlayır.
Rəy verməyə gələndə isə Sizin yerli
qurumlarınız cənab Prezidentin müvafiq sərəncamı ilə təsis edilən Qiymətləndirmə
Palatasının qiymətini heçə sayır. Bunu necə başa düşək. Deyirler ki, qiyməti dəyişdirin.
Qiymətləndirmənin 600 manat yazdığı yerə ƏMDX yerli qurumları bu rəqəmin 1500
manat yazılmasını tələb edirlər. Hansı vətəndaş
buna gedər?
Prezidentimiz
cənab İlham Əliyev torpaq - əmlak sənədlərinə həlli ilə bağlı mütəmadi olaraq Fərman
və sərəncamlar imzalayır. Ancaq yenə də bəzi məsələlərdə vətəndaşlar, bələdiyyələr incidilir. Arxiv arayışları
ilə bağlı problemler də var. Mən şəxsən dəfələrlə rəsmi məktub ünvanlamışam (elektron
qaydada), hətta canlı şəkildə sizin
regionlara ezam etdiyiniz məsul şəxslərlə də görüşüb izah etmişəm. Təəssüf ki, nəticəsi
yoxdur. Bu cür münasibət isə nəticədə vətəndaşla bələdiyyə arasında münaqişələrə
gətirib çıxarır. Bu problem ümumi Azərbaycan
bələdiyyələrinin problemidir.
Xahis edirəm ki, yuxarıda söylədyim problemlərin həlli ilə bağlı, xüsusəndə gecikmələrin aradan qaldırılmasına göstəriş verəsiniz.”
P.S. Müraciət Çinarlı bələdiyyəsinin sosial media platfoprmasındakı hesabında paylaşılıb.
Belediyye.info
Rəylər
0 Rəy