Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2026 , 15:54

280

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Sədr Mikayıl Cabbarova müraciət edib: Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyələrlə yaratdığı problemlərə son qoyulsun

Şəmkir rayonu, Çinarlı Bələdiyyəsinin sədri Arzu Qafarov İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciəıt ünvanlayıb. Müraciətdə bələdiyyə sədri Əmlak Məslələri Dovlət Xidmətinin bələdiyyələrə yaratdığı problemlərin tezliklə həll edilməsini xahiş edib. Müraciəti olduğu kimi təqdim edirik:

“İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova

Hörmətli Cənab nazir, Sizin tabeliyinizdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin məsul vəzifəli şəxsləri bələdiyyə sənədlərinə  etibarsız yanaşır. Belə ki, bələdiyyə tərəfindən göndərilən sənədlər aylarla, bəzən də illərlə baxılmamış qalır. Vətəndaşın illərlə istifadə etdiyi, üzərilərində ev tikib yaşadığı torpaqları sənədləşdirmək üçün bələdiyyəyə müraciət edir. Bələdiyyə  tərəfindən sənədləşdirmə proseduruna başlayır. Rəy verməyə gələndə isə Sizin  yerli qurumlarınız cənab Prezidentin müvafiq sərəncamı ilə təsis edilən Qiymətləndirmə Palatasının qiymətini heçə sayır. Bunu necə başa düşək. Deyirler ki, qiyməti dəyişdirin. Qiymətləndirmənin 600 manat yazdığı yerə ƏMDX yerli qurumları bu rəqəmin 1500 manat yazılmasını tələb edirlər.  Hansı vətəndaş buna gedər?  

Prezidentimiz cənab İlham Əliyev torpaq - əmlak sənədlərinə həlli ilə bağlı mütəmadi olaraq Fərman və sərəncamlar imzalayır. Ancaq yenə də bəzi məsələlərdə  vətəndaşlar, bələdiyyələr incidilir. Arxiv arayışları ilə bağlı problemler də var. Mən şəxsən dəfələrlə rəsmi məktub ünvanlamışam (elektron qaydada),  hətta canlı şəkildə sizin regionlara ezam etdiyiniz məsul şəxslərlə də  görüşüb izah etmişəm. Təəssüf ki, nəticəsi yoxdur. Bu cür münasibət isə nəticədə vətəndaşla bələdiyyə arasında münaqişələrə gətirib çıxarır. Bu problem ümumi  Azərbaycan bələdiyyələrinin problemidir.

Xahis edirəm ki, yuxarıda söylədyim problemlərin həlli ilə bağlı, xüsusəndə gecikmələrin  aradan qaldırılmasına göstəriş verəsiniz.”

P.S. Müraciət Çinarlı bələdiyyəsinin sosial media platfoprmasındakı hesabında paylaşılıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər