Fidan Fərzəliyeva: “Fəaliyyətimizi əsasən sakinlərin müraciətləri əsasında qururuq”
“Şabran bələdiyyəsinin əsas məqsədi bələdiyyənin əhatə etdiyi ərazilərdə vətəndaş məmnunluğunun təmin edilməsinə öz dəstəyini göstərməkdir. Ancaq bu dəstəyin göstərilməsi büdcə gəlirlərini artırmaqla öz həllini tapır. Odur ki, ilk olaraq bələdiyyənin vergi-uçot sistemi təkmilləşdirilmiş və BAMS-ın verdiyi bütün imkanlardan tam yaralanmaqla uğura imza atmağa çalışırıq”- bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva deyib.
Sədrin sözlərinə görə, fəaliyyətimizi əsasən sakinlərin
müraciətləri əsasında qururuq. Belə ki, bu günlərdə bələdiyyə tərəfindən
rayonun Mollakamallı kəndində kənd təsərrüfatının inkişafına dəstək məqsədilə
mühüm tədbir həyata keçirilmişdir. Bələdiyyənin təşkilatçılığı ilə əkin sahələrinin
və meyvə bağlarının su təminatının yaxşılaşdırılması üçün suvarma arxlarında təmizləmə
işləri aparılmışdır.
Görülmüş işlər nəticəsində suyun maneəsiz axını təmin
olunmuş, kənd sakinlərinin torpaq sahələrinin daha səmərəli suvarılması üçün əlverişli
şərait yaradılmışdır.
Daha bir layihə Sincanboyad kəndində icra olunub. Belə ki, sakinlərinin
müraciəti nəzərə alınaraq kənd ərazisində əkin sahələrinin suvarılmasının
yaxşılaşdırılması məqsədilə əkin arxlarının təmizlənməsi işləri Şabran bələdiyyəsi
tərəfindən həyata keçirilmişdir.
Aparılan təmizləmə işləri nəticəsində uzun müddət ərzində
lil, torpaq və müxtəlif tullantılarla dolmuş arxlar təmizlənmiş, suyun sərbəst
və maneəsiz axını təmin edilmişdir. Bu isə kənd ərazisində yerləşən əkin sahələrinin
daha səmərəli suvarılmasına, torpağın məhsuldarlığının artırılmasına və kənd təsərrüfatı
fəaliyyətinin daha rahat aparılmasına imkan yaradır.
Qeyd edək ki, yerli əhalinin gündəlik həyatına və kənd
təsərrüfatının inkişafına müsbət təsir göstərən bu kimi tədbirlərin həyata
keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.
Bununla yanşı Ramazan ayında bələdiyyə sosial yardım
aksiyalarını həyata keçirməyi də unutmayıb.
Belə ki, Müqəddəs Ramazan Bayramı ərəfəsində xeyirxahlıq, mərhəmət
və paylaşmaq kimi ali dəyərlərin yaşadılması məqsədilə Şabran şəhər bələdiyyəsi
tərəfindən sosial yardım aksiyasına başlanılmışdır.
Aksiya çərçivəsində rayonun Çölquşçu, Hacıqaraqaşlı kəndlərində
yaşayan aztəminatlı ailələr ziyarət olunmuş, onlara ərzaq sovqatları təqdim
edilmişdir. Ramazan ayı insanları birliyə, mərhəmətə və yardımlaşmaya səsləyən,
mənəvi dəyərləri daha da möhkəmləndirən müqəddəs bir aydır. Bu mübarək günlərdə
ehtiyacı olan insanlara dəstək olmaq, onların sevincinə şərik olmaq hər
birimizin mənəvi borcudur.
Şabran şəhər bələdiyyəsi də bu ənənəyə sadiq qalaraq Ramazan
ayının ruhuna uyğun şəkildə aztəminatlı ailələrin yanında olmağa, onların
qayğıları ilə maraqlanmağa xüsusi önəm verir. Həyata keçirilən bu sosial aksiya
cəmiyyətimizdə həmrəylik, mərhəmət və humanizm kimi dəyərlərin təbliği
baxımından mühüm əhəmiyyət daşıyır.
Uca Allah tutulan orucları, edilən duaları və görülən xeyirxah əməlləri qəbul etsin. Müqəddəs Ramazan bayramının hər bir ailəyə ruzi-bərəkət, sağlamlıq, sülh və firavanlıq gətirməsini arzulayırıq.
Belediyye.info
Rəylər
0 Rəy