Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-03-2026 , 19:17

99

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: Pirəbədil bələdiyyəsi nəzərdə tutduğu sosial layihələrin icrasını bundan sonra da davam etdirəcəkdir

“Pirəbədil bələdiyyəsi olaraq bu gün əsas fəaliyyətimiz  seçicilərimizə layiqli  xidmət etməkdən ibarətdir”- bu fikirləri Belediyye.infoya Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.

Ramazan ayı ərzində iftar süfrələrinin açılması, həssas qrupa aid insanlara bayram sovqatının paylanılması, habelə bu günlərdə sakinləri narahat edən problemlərin həlli edilməsi, bütünlükdə bələdiyyə ərazisində vətəndaş məmnunluğuna xidmət edən addımlardandır.

Sədr qeyd edib ki, 05 mart 2026-cı il tarixində Pirəbədil kəndində 100 nəfərlik iftar süfrəsi açılmış və həmin gün 20 pay ayrılaraq aztəminatlı ailələrə paylanılmışdır. 06 mart 2026-cı il tarixində Dağ Bilici kəndində 100 nəfərlik  iftar süfrəsi açılmış və 23 pay hazırlanaraq paylanılmışdır. 07 mart 2026-cı il tarixində Əmirxanlı kəndində 100 nəfərlik iftar süfrəsi açılmış  və 23 pay ayrılaraq paylanılmışdır. 12 mart 2026-cı il tarixində Zeyvə kəndində yenə 100 nəfərlik iftar süfrəsi açılmış və 27 pay ayrılaraq paylanılmışdır. Bu proses Ramazan ayının son gününədək davam etdirilib.

Ancaq bu günlərdə fəaliyyətimiz bununla bitməyib. Sakinlərin kollektiv müraciəti əsasında Şabran rayon  Ağbaş kəndinin Şabran şəhərinə tərəf  çıxan hissəsindəki dağılan yerlər bələdiyyə tərəfindən  təmir edilmişdir. Bununla yanaşı Çuxurəzəmi İnzibati Ərazi Dairəsinə aid olan 5 kəndin yolunun çaydan keçən hissəsində selin  tamamilə yararsız hala saldığı və  gediş-gəliş çətinləşdirdiyi hissə  bələdiyyə tərəfindən 19.03.2026-cı il tarixində ağır texnikalar vasitəsi ilə bərpa edilmişdir.

Bələdiyyənin  bu addımı sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Sədr sonda qeyd edib ki, Pirəbədil bələdiyyəsi dekabr ayında təsdiq etdiyi büdcə layihəsində nəzərdə tutduğu sosial layihələrin icrasını bundan sonra da davam etdirəcəkdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər