Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-07-2026 , 17:55

138

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov: “Güclü yağışın yaratdığı fəsadların aradan qaldırılmasında bələdiyyənin kollektivi “bir yumruq” tək birləşərək vətəndaşların üzləşdiyi problemin həllində öz dəstəyini göstərə bildilər”

“Güclü yağışın fəsadlarının aradan qaldırılmasında bələdiyyələrin üzv və qulluqçuları, habelə müvafiq qurum əməkdaşları yaxından iştirak etdilər”- bu fikirləri Belediyye.info Sabunçu rayonu Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov deyib.

Sədrin sözlərinə görə, bu  fəaliyyətin yekunları  bu günlərdə  bələdiyyə iclasında geniş müzakirəyə çıxarılmış və müvafiq olaraq fərqlənənlər Sabunçu bələdiyyəsinin “Fəxri Fərmanı” ilə təltif ediliblər.

Bu siyahı da ilk yeri  Sabunçu bələdiyyəsinin üzvü və hazırda Sabunçu Su-kanal idarəsində çalışan əməkdaşı Elçin Mustafayev tutub. Elçin Mustafayev qəsəbənin sel sularından təmizlənməsində, bütövlükdə rayon üzrə yüksək fəallığı seçilib.

Təqdimat mərasimində sədr Əlfəddin Həsənov güclü yağışın fəsadlarını aradan qaldırılmasında Sabunçu bələdiyyəsinin kollektivi “bir yumruq” tək birləşərək vətəndaşların üzləşdiyi problemin həllində öz dəstəyini göstərə bildilər.

Sabunçu bələdiyyəsinin üzvü olan Elçin Mustafayev, həm də müvafiq qurumun əməkdaşı olaraq bu prosesin aradan qaldırılmasında  öz gücünü əsirgəmədi və üzvü olduğu kollektivə öz dəstəyini göstərdi.

Elçin Mustafayev ona göstərilən diqqətə görə bələdiyyə sədri Əlfəddin Həsənova və kollektiv üzvlərinə təşəkkürünü bildirib və bələdiyyə üzvü olaraq bu etimadi bundan donra da layiqincə doğrudacağına söz verib.

Görüşdə bələdiyyənin sədr müavinləri və kollektiv üzvləri iştirak ediblər.

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1274