Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-03-2026 , 00:16

191

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Habil Həmidov: “Sosial yardımlara ayrılan vəsaitin həcmini 73 faiz artırmışıq”

“Bələdiyyənin ərazidə çəki və nüfuzunun artması onun fəaliyyətinin əsas istiqaməti kimi həm də həssas qruplarla işin düzgün qurulmasından keçir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Binə bələdiyyəsinin sədri Habil Həmidov deyib.

Sədrin sözlərinə görə, Binə qəsəbəsində əmlakın 82 faizinin çıxarışının olmaması səbəbindən büdcə gəlirlərində ciddi artıma nail ola bilməsək də bələdiyyənin vergi xidməti ruhdan düşmür, büdcə gəlirlərinin artırılması üçün var qüvvəsi ilə çalışır.

Məhz bu artım nəticədə bələdiyyə ərazisində yaşayan həssas qrupa aid insanlara göstərilən sosial yardım proqramlarının sürətli şəkildə icrasına bir növ şərait yaratmış olur.

2023-cü illə müqayisədə sosial yardımlara ayrılan maliyyə vəsaitinin həcmini 73 faiz artıra bilmişik.

Belə ki, 2023-cü ildə sosial yardımlara 15.273 manat, 2024-cü ildə 16.808 manat, 2025-ci ildə isə 26.353 manat maliyyə vəsaiti ayrılıb.

Vəsait əsasən şəhid, qazi və aztəminatlı ailələrə maddi və mənəvi dəstəyin göstərilməsinə ayrılıb.

Cari ildə maliyyə imkanları artıqdca bələdiyyə bu istiqamətə daha çox vəsaitin ayrılmasını dekabr ayında təsdiq edilən bələdiyyə büdcəsində də nəzərdə tutub. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər