İsrafil Hüseynov: “Sakinlərin hər bir müraciəti diqqətdə saxlanılır”
“Buzovna bələdiyyəsi qəsəbədə aparılan abadlıq -quruculuq işlərinə daim öz töhfəsini verir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.
Sədr
qeyd edib ki, sakinlər tərəfindən bələdiyyəyə edilən müraciətlərə bələdiyyədə
yaradılmış işçi qrupu tərəfindən baxış keçirilir, rəy verilir və mövcud vəziyyət
bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilir. Ümumiyyətlə,
sakinlərin hər bir müraciəti diqqətdə saxlanılır.
Məhz
bələdiyyə iclasının müvafiq qərarı ilə bu günlərdə qəsəbənin Nəriman Əliyev küçəsinə
250 kv.metr yeni asfalt örtüyü çəkilib. Əvvəlcə küçənin həmin hissəsi
hamarlanmış, bərkitmə işləri aparılmış sonra isə asfalt vurulmuşdur.
Bələdiyyənin
bu addımı sakinlər rəğbətlə qarşılamışlar.
Sədr
sonda bildirib ki, bələdiyyənin maliyyə imkanları çərçivəsində bundan sonra qəsəbənin
abadlığına təsdiq edilmiş proqrama əsasən öz töhfəsini verəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy