Ağacəkmə aksiyası bələdiyyə rəsmilərinin iştirakı ilə keçirilib
Xəzər
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala qəsəbəsi, Qala-Pirallahı
avtomobil yolunun sağ hissəsində keçirilən aksiyada Rayon
İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının
sədri Namiq Əhmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, rayon bələdiyyələrinin
rəsmiləri, Xəzər RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri,
rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri
və kollektivləri, Şəhid ailələri və müharibə iştirakçıları və rayon ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
Rəylər
0 Rəy