Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-01-2026 , 20:03

959

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Cari ildə yerli vergilərin səviyyəsinin daha artıq olacağına inanıram

Binəqədi bələdiyyəsi öz fəaliyyətini ölkə Konstitusiyasının müvafiq maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, digər normativ-hüquqi aktlara əsasən qurur və işini seçicilərin  arzu və təkliflərinə, bələdiyyə iclaslarında qəbul edilmiş qərarlara müvafiq olaraq müəyyənləşdirərək həyata keçirməkdədir.

Aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması, bələdiyyəyə müraciət etmiş vətəndaşlara maddi yardımın göstərilməsi, mədəni-xeyriyyə tədbirlərin keçirilməsi Binəqədi bələdiyyəsi yanında fəaliyyət göstərən yerli sosial məsələləri daimi komissiyasının gündəlik işində başlıca yer tutmuşdur.

Ümumilikdə, 2025-ci il ərzində Binəqədi bələdiyyəsinin büdcəsindən maddi yardımlara və sosial tədbirlərin keçirilməsinə 8.865 manat xərclənmişdir.

Binəqədi bələdiyyəsi, onun icra aparatı ayrı-ayrı vətəndaşların ərizə və şikayətlərinə qayğı və həssaslıqla yanaşmaqla bu müraciətlərin vaxtında və müsbət həll olunması üçün yüksək tələbkarlıq nümayiş etdirmişdir.

2025-ci ildə Binəqədi bələdiyyəsinə vətəndaşlardan 667, ayrı-ayrı təşkilatlardan 529 ərizə, sorğu və məktub daxil olmuşdur. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilmiş, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsindən göndərilmiş tövsiyyə, məlumat xarakterli sənədlər tanış olunması üçün müvafiq şöbə və komissiyalara təqdim edilmişdir.

2025-ci ildə bələdiyyə sədri tərəfindən 262 nəfər fərdi şəkildə qəbul edilmişdir. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti yerində baxılmaqla öz həllini tapmışdır. Bələdiyyədə fəaliyyət göstərən daimi komissiyaların iş planlarına uyğun olaraq yerli əhəmiyyətli məsələlərin operativ həlli məqsədi ilə seçicilərlə görüşlər keçirilmiş, həmçinin yerli əhəmiyyətli problemlər, istəklər, rəylər toplanaraq, buna əsasən Binəqədi bələdiyyəsinin fəaliyyəti planlaşdırılır.

2025-ci ildə bələdiyyənin 32 iclası keçirilmişdir. İclasların gündəliyinə 139 məsələ daxil edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. İclaslarda əsasən, təmir-abadlıq işlərinin aparılması, maddi yardımların ayrılması, yaşıllıqlarla bağlı zəruri tədbirlərin görülməsi müzakirə edilmiş, komissiyaların rəy və təklifləri dinlənilmişdir.

Bələdiyyənin fəaliyyətinin genişləndirilməsində bələdiyyənin maliyyə əsasları mühüm rol oynayır. 2025-ci il üzrə Binəqədi bələdiyyəsinin ümumi gəliri 814.693 manat olmuşdur. Belə ki fiziki şəxslərdən əmlak vergisi 566.370 manat, fiziki şəxslərdən torpaq vergisi 76.970 manat, torpaq icarə haqqları 87.100 manat, digər gəlirlər kateqoriyasından olan vəsaitlər 5.253 manat, dotasiya 79.000 manat bələdiyyə büdcəsinə ödənilmişdir. Ümumi olaraq, 2024-cü il ilə müqayisədə 2025-ci ildə bələdiyyə büdcəsinə daxilolmalar 4% miqdarında artmışdır. Cari ildə  büdcə gəlirlərinin səviyyəsinin daha artıq olması üçün bələdiyyənin kollektivi var qüvvəsi ilə çalışmaqdadır.

Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyicilərinə mövcud qanunlar barədə məlumatlar verilmiş və əlavə olaraq fiziki şəxslərə məlumat üçün yaddaş bukletləri təqdim olunmuşdur. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün müvafiq şöbə tərəfindən təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Tədbir görmək üçün Binəqədi Rayon İcra və Probasiya şöbəsinə  120 -dən artıq şəxs barəsində müraciət olunmuşdur. Müraciət nəticəsində icra şöbəsi tərəfindən icra olunmuş aktlar üzrə yerli büdcəyə 5000 manat daxil olmuşdur.

Hesabat dövründə bələdiyyənin ümumi xərci 817.875 manat olmuşdur. Belə ki, daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqı 349.001 manat, DSMF 69.146 manat, bələdiyyənin saxlanması 57.494 manat, abadlıq, quruculuq, təmir işləri və təmizlik aksiyaları 327.684 manat, sosial yardımlar üzrə ödənişlər 8.865 manat, bank xidmətləri 5.685 manat təşkil  etmişdir.

“Bələdiyyə gəlirləri və yerli vergilər şöbə”sinin rəhbərliyi distant formada təşkil olunmuş hüquqi maarifləndirmə kurslarına qoşulmuş və il ərzində Bələdiyyələrlə İş Baş İdarəsinin əməkdaşları ilə yerli vergilərin uçotu, hesablanması, ödənilməsi işində səmərəliliyin artırılması mövzularında görüşlər keçirilmişdir.

Binəqədi bələdiyyəsi daim seçicilərlə ünsiyyətdə olur, seçicilərin rəy və təkliflərini nəzərə alaraq öz fəaliyyətini onların həlli istiqamətində qurmağa çalışır. Bələdiyyəmizin məqsədi seçicilərin bu quruma inamını daha da artırmaq, onları özünüidarəetmə fəaliyyətinə cəlb etməkdir. Növbəti hesabat dövründə bələdiyyə buraxılmış nöqsanları da aradan qaldırılmaqla seçicilərin ərizə, şikayət və təkliflərinə daha həssaslıqla yanaşacaq, bələdiyyəyə əlavə dayanaqlı gəlir mənbələri axtaracaq, seçicilərin gücündən bələdiyyənin idarə olunmasında səmərəli istifadə edəcəkdir.

Mürsəl Eminov

Binəqədi bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər