Anar Adıgözəlov: “Su təsərrüfatlarının idarə olunmasında bələdiyyənin əhəmiyyətli rolu ola bilər”
“Maştağa bələdiyyəsinin inzibati binasında bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə “Su təsərrüfatlarının idarə olunmasında bələdiyyənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə
Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov mövzu ətrafında çıxış edərək bu
sahədə bələdiyyənin üzərinə düşən məsuliyyət yükündən danışıb.
Sədr
qeyd edib ki, su ehtiyatları məhdud və strateji əhəmiyyətə malik təbii sərvətlərdən
biridir. Xüsusilə kənd təsərrüfatının, əhalinin sosial rifahının və ətraf
mühitin davamlı inkişafının təmin olunmasında su təsərrüfatlarının düzgün idarə
edilməsi mühüm rol oynayır. Bu baxımdan yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin
üzərinə mühüm vəzifələr düşür.
Sədr
çıxışında qeyd edib ki, bələdiyyələr yerli səviyyədə su təsərrüfatı
infrastrukturu ilə təmasda olan qurumlardır. Bu səbəbdən onların proseslərdə fəal
iştirakı zəruri hesab edilir və bu istiqamətdə əsas vəzifələr sırasına bələdiyyə ərazisində mövcud olan suvarma
kanallarının, arxların və digər hidrotexniki qurğuların vəziyyətinin mütəmadi
monitorinqinin aparılması, su itkilərinin baş verdiyi sahələrin müəyyən edilməsi
və aidiyyəti qurumlara vaxtaşırı məlumat verilməsi, su təsərrüfatı ilə bağlı
yerli problemlərin öyrənilməsi və həlli üçün təşəbbüslərin irəli sürülməsi, əhali
və torpaq istifadəçiləri ilə mütəmadi görüşlərin keçirilməsi, mövcud çətinliklərin
yerində araşdırılması, bələdiyyə səviyyəsində su məsələləri üzrə məsul şəxslərin
müəyyən edilməsi və əlaqələndirmənin gücləndirilməsi aid edilir. Bütün hallarda
bələdiyyələrin bu sahədə fəal mövqeyi
yerli səviyyədə idarəetmənin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Görüşdə
qeyd olunub ki, yuxarıda səslənən vəzifələrin icrsı nəticə etibari ilə su təsərrüfatlarının
idarə edilməsində bələdiyyələrin rolunun gücləndirilməsinə, sudan səmərəli
istifadənin təmin olunmasına və yerli səviyyədə dayanıqlı inkişafın təmin edilməsinə
xidmət edəcəkdir.
Daha
sonra qeyd edilib ki, bu məsələlərin icrası hər bir bələdiyyə qulluqçusunun məsuliyyətli və
fəal mövqeyi xüsusi əhəmiyyət daşıyır. Birgə səylər nəticəsində su
ehtiyatlarının qorunması və gələcək nəsillər üçün saxlanılması mümkün
olacaqdır.
İclasda
su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin
rolunun artırılması, sudan səmərəli və qənaətli
istifadə də istehlakçıların iştirakının genişləndirilməsi və müasir suvarma
texnologiyalarının tətbiqinin təşviqi məsələləri ətrafında geniş müzakirə
aparılıb.
Belediyye.info
Rəylər
0 Rəy