Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-12-2025 , 10:07

1018

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Nəsimi bələdiyyəsi fəaliyyəti ilə əsası Ulu öndər tərəfindən qoyulan bələdiyyə sisteminin inkişafına öz töhfəsini verməkdədir”


“Müstəqil Azərbaycan Respublikasında 1999-cu ilin dekabr ayından fəaliyyət göstərən bələdiyyələrin təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr  inzibati ərazisində yaşayan sakinlərin sosial, iqtisadi, ekoloji, hüquqi problemlərinin həllində yaxından iştirak edirlər”- bu fikirləri Belediyye.infoya  Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin bələdiyyələr haqqında 2004-cü ildə söylədiyi “Azərbaycanda bələdiyyə seçkiləri ikinci dəfədir ki, keçirilir,müəyyən təcrübə var. Bu seçkilərdən sonra bələdiyyələrin statusu daha da artacaq, onlar yerlərdə konkret işlərlə məşğul olacaqlar. Beləliklə, bu təchizat Azərbaycanda artıq formalaşmışdır, gələcəkdə inkişaf edəcəkdir” fikri bələdiyyələrin bu illər ərzində fəaliyyətinə təkan vermişdir.

Məhz bu  dəstəyin nəticəsidir ki, bələdiyyələr cəmiyyətdə özlərini bir yerli özünüidarətemə strukturu kimi tanıda bilmişlər. Bu gün Nəsimi bələdiyyəsi fəaliyyəti ilə ona göstərilən ümidləri dögrultmaqla yanaşı, həm də əsası Ulu öndər tərəfindən qoyulan bələdiyyə sisteminin inkişafına öz töhfəsini verməkdədir.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər