Əziz Zeynalov: “Nəsimi bələdiyyəsi fəaliyyəti ilə əsası Ulu öndər tərəfindən qoyulan bələdiyyə sisteminin inkişafına öz töhfəsini verməkdədir”
“Müstəqil Azərbaycan Respublikasında 1999-cu ilin dekabr ayından fəaliyyət göstərən bələdiyyələrin təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr inzibati ərazisində yaşayan sakinlərin sosial, iqtisadi, ekoloji, hüquqi problemlərinin həllində yaxından iştirak edirlər”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr
qeyd edib ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin bələdiyyələr
haqqında 2004-cü ildə söylədiyi “Azərbaycanda bələdiyyə seçkiləri ikinci dəfədir
ki, keçirilir,müəyyən təcrübə var. Bu seçkilərdən sonra bələdiyyələrin statusu
daha da artacaq, onlar yerlərdə
konkret işlərlə məşğul olacaqlar. Beləliklə, bu təchizat Azərbaycanda artıq formalaşmışdır, gələcəkdə
inkişaf edəcəkdir” fikri bələdiyyələrin bu illər ərzində fəaliyyətinə təkan vermişdir.
Məhz bu dəstəyin nəticəsidir ki, bələdiyyələr cəmiyyətdə özlərini bir yerli özünüidarətemə strukturu kimi tanıda bilmişlər. Bu gün Nəsimi bələdiyyəsi fəaliyyəti ilə ona göstərilən ümidləri dögrultmaqla yanaşı, həm də əsası Ulu öndər tərəfindən qoyulan bələdiyyə sisteminin inkişafına öz töhfəsini verməkdədir.
Belediyye.info
Rəylər
0 Rəy