Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-02-2026 , 21:06

516

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Adil Xudadatov: “Vətəndaşın qaldırdığı məsələlərin  bələdiyyəyə aid olanı mümkün qədər öz həllini tez tapmalıdır”

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı sakinlər müxtəlif mövzularda müraciətlərlə çıxış ediblər. Əsasən kommunal xidmətlər, torpaq istifadəsi, yol və küçə infrastrukturu, bələdiyyə hüquqları və digər gündəlik problemlər görüşdə  diqqət mərkəzində olub. Bələdiyyə sədri hər müraciəti diqqətlə dinləyərək, xüsusilə həllini mümkün olan məsələlər üçün aidiyyəti şöbələr  üzrə tapşırıqlar verib.

Sədr  bildirib ki, vətəndaşın qaldırdığı məsələlərin  bələdiyyəyə aid olanı mümkün qədər öz həllini tez tapmalıdır. Bu həm də Sumqayıt şəhərində vətəndaş məmnunluğuna bələdiyyənin verəcəyi bir töhfə olmalıdır.

Hər bir vətəndaşın müraciətinə fərdi yanaşma göstərilir, həlli mümkün olmayan məsələlər isə əlaqədar dövlət strukturlarına yönləndiriləcəkdir.

Xüsusilə vurğulayaq ki, bu cür açıq qəbul görüşləri bələdiyyə-sakin əlaqələrinin gücləndirilməsində, problemlərin vaxtında aşkara çıxarılmasına və aradan qaldırılması baxımından vacib rol oynayır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər