Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq
(İsmayıllı bələdiyyəsi tərəfindən 2024-cü il üçün H E S A B A TI)
1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra
respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində
olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər
səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə
olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi
diqqət yetirilmişdir.
Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət
arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən yerli əhəmiyyətli məsələlərin
vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən
ibarətdir.
İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin
görülməsinə nail olmuşdur.
2024-cü ildə mədaxil faktiki olaraq cəmi 132.541 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 19 %
çoxdur.
Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:
- Torpaq
vergisi – 27.428 manat
- Əmlak
vergisi – 52.462 manat
- Küçə
reklamlarının yerləşdirilməsi və yayımı üçün ödənişlər –
0
manat
- Bələdiyyə
əmlakının özəlləşdirilməsindən gələn gəlirlər
– 13329
manat
- Ticarət
obyektlərindən torpaq icarə haqları –7101 manat
- Əkin sahələrinə
görə icarə haqqı
–14904
manat
- Bələdiyyə
əmlakının icarəsindən
–2400 manat
- Avtomobil
dayanacaqlarından
–700 manat
- Mehmanxana
rüsumu
–215 manat
- Hüquqi şəxslərin
maliyyə yardımı
–14000 manat
-Digər gəlirlər
– 0 manat
Hesabat
dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 133637 manat təşkil
etmişdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:
-2024-cü
ilin yanvar –dekabr ayları üçün əmək haqqına -78656 manat
-DSMF-na
köçürmələr-19848 manat
-İcbari
tibbi sığortaya – 2979 manat
-Həmkarlar
Təşkilatına üzvlük haqqı – 745 manat
-YAP-na
üzvlük haqqı -390 manat
-BAMS
onlayn xidmət haqqı -3359 manat
-Bankın
xidmət haqqı- 602 manat
-Aztelekom
MMC-poçt xidməti-419 manat
-Telefon
abunə haqqı, internet- 1196 manat
-Elektrik
enerjisinə görə - 900 manat
-Azərsu
ASC-su pulu -300 manat
-Azəriqaz
İB –qaz pulu- 1325 manat
-“Atəşgah”
sığorta –işçilərin sığortalanması -158 manat
-“Ağbulaq”MH
2 il üçün dəftərxana ləvazimatı -3839 manat
-30 nəfər şəhər
sakininə maddi yardım -4200 manat
-“Çernobıl
Əlillər Cəmiyyətinə”- 100 manat
-Qurban
bayramı münasibətilə payların dəyəri -1000 manat
-Assosiasiyaya
üzvlük haqqı -1750 manat
-“Bələdiyyə.info”
MMC və qəzetlərə abunə haqqı -150 manat
-“Vaqifoğlu
Audit” 2019-2023-cü illərin audit xərci-2000 manat
-DƏDKR xidmət
haqları, dövlət rüsumları, rəylərin alınması, hərracların təşkili xərcləri
-2024 manat
Hesabat ilində
şəhər ərazisində mövcud 7521 vergi ödəyicisindən 5066 –na və ya
67 % -nə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri
paylanılmışdır.
Bundan əlavə
Azərbaycan Respublikası vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla
2354 vergi ödəyicisinə 70.6 min manatdan yuxarı güzəşt olunmuşdur.
2024-cü il ərzində
178 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu
göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu 55740 manatdır. Bu orta hesabla hər vergi ödəyicisində
313 manat təşkil edir.
Dəfələrlə xəbərdarlıq
edilməsinə baxmayaraq vergiləri ödəmədiyinə görə 32 nəfərin sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı rayon İcra və
Probasiya Şöbəsinə göndərilmiş və 1877 manat vəsait məcburi qaydada bələdiyyə
büdcəsinə ödənilmişdir.
2023-cü ildə
vergi ödəyicilərinə vergi borcları barədə mobil telefonlarına SMS mətni göndərilməsi
məqsədilə “Softline Azərbaycan” MMC ilə müqavilə bağlanaraq mətnlərin göndərilməsinə
başlanılmışdır.
2024-cü il ərzində
517 vergi ödəyicisinə SMS göndərilmişdir.
Regionların
sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu
kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın
gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı
obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox
istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır
ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər
vaxtlı-vaxtında ödənilməlidir.
Hesabat
dövründə bələdiyyə üzvləri ilə 20 yığıncaq keçirilmiş, bələdiyyənin daimi
komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 213 qərar
qəbul edilmişdir.
Bələdiyyənin
fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 6.0 və 6.8 maddələrinə uyğun
olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə göndərilmiş və vahid bələdiyyə
portalında yerləşdirilmişdir. Eyni zamanda bütün protokollar bələdiyyənin veb
saytı və “Facebook” səhifəsi vasitəsilə yayımlanmışdır.
Hesabat
dövründə bələdiyyəyə 673 nəfər müraciət etmişdir ki, onların 159 nəfəri
arayış və digər sənədlər almaq üçün, 137 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin
sədr və müavinlərinin qəbulunda 377 vətəndaş olmuş, onların qaldırdıqları
çoxsaylı məsələlərə baxılmışdır.
2024-cü ildə 6
nəfər şəhər sakininə 30.7 sot zəbt
olunmuş həyətyanı torpaq
sahəsi və 2 nəfərə 40 kvadratmetr sahibkarlıq məqsədli torpaq sahəsi özəlləşdirilmiş və bundan bələdiyyə büdcəsinə
13329 manat vəsait daxil edilmişdir.
Maliyyə
imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən
şəhər ərazisində müəyyən işlər də görülmüşdür.
-“Çernobıl
Əlilləri İttifaqı” İctimai Birliyinin rayon filialına köməklik məqsədilə 100 manat vəsait
köçürülmüşdür.
-Qurban
bayramı günlərində 9 şəhid ailəsi və
6 qazi ailəsi olmaqla 61 ailəyə
qurban əti paylanılmışdır.
-30 nəfər
imkansız şəhər sakininə müraciətləri əsasında bələdiyyə üzvlərinin ümumi
yığıncağında qərar çıxarılaraq 4200
manat məbləğində maddi yardım
edilmişdir.
-Şəhər qəbristanlıqlarında
təmizlik-abadlıq işləri aparılmışdır.
-Şəhərin
R.Mahmudov küçəsndə Birinci Qarabağ müharibəsində şəhid olmuş Cəlal Rüstəmovun
adına yaradılmış “bulaq kompleksi” tərəfimizdən əsaslı təmir olunmuş, yeni ağac
və gül kolları əkilmiş, işıqlandırma sistemi yenilənmişdir.
-“Novuz
bayramı” və “Yeni il bayramı” günlərində şəhərin bayramsayağı bəzədilməsi tərəfimizdən
təmin olunmuşdur.
Ötən ildə də
bələdiyyənin gördüyü işlər haqqında məlumatlar “Bələdiyyə.info” saytı və
“İsmayıllı xəbələri” qəzeti vasitəsilə ictimailəşdirilmişdir.
2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan”
Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat
sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların
mülkiyyətində olan 7124 ev həyətyanı sahəsi ilə birlikdə, 2281
hektar əkin, 120 hektar bağ sahəsi, 291 kommersiya təyinatlı vergitutma obyekti
yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və
bu iş durmadan davam etdirilir. Ümumilikdə
isə 7521 vergitutma subyekti sistemə daxil edilmişdir.
İsmayıllı bələdiyyəsinin
01 yanvar 2025-ci il tarixə 34468 manat borcu vardır ki, bu da əsasən
DSMF borcları, tibbi sığorta, sərf olunmuş yanacağa, qazdan istifadəyə, təmir-tikinti
idarəsinə, həmkarlaa üzvlük haqqı və s. ibarətdir.
Hesabat ilində məhəllə
komitələri də aparılan işlərdə bələdiyyəyə yaxından köməklik göstəriblər. Belə ki, vergilərin ödənilməsi
istiqamətində, ərazilərin təmiz saxlanılması, qanunsuz tikintilərin vaxtında
qarşısının alınması və s. məsələlərdə əhalinin maarifləndirilməsini təmin edərək
daima bələdiyyəni məlumatlandırmışlar. Bundan başqa vətəndaş cəmiyyətinin inkişafında və bələdiyyə vətəndaş vəhdətinin möhkəmlənməsində aktiv fəaliyyət göstərmişlər.
Sonda bir məsələni də qeyd etmək istərdik ki, qarşıdan əlamətdar
bir hadisə- bələdiyyə seçkiləri gəlir.
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər
çərçivəsində qurulması məqsədilə islahatların davam etdirilməsi, bələdiyyələrin
idarəetmədə rolunun gücləndirilməsi, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarının
genişləndirilməsi, dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması məqsədilə
bu seçkilərdə hamılıqla iştiak edərək şəhər sakinləri arasında nüfuzu olan,
bacarıqlı və savadlı namizədlərə səs vermək hər bir vətəndaşın mənəvi borcuna
çevrilməlidir.
Pərviz Ağayev
İsmayıllı Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy