Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-01-2025 , 12:14

183

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq


(İsmayıllı bələdiyyəsi tərəfindən 2024-cü  il üçün H E S A B A TI)

1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən yerli əhəmiyyətli məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

2024-cü ildə mədaxil faktiki olaraq cəmi 132.541 manat  olmuşdur ki, bu da ötən illə müqayisədə 19 % çoxdur.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi – 27.428 manat

- Əmlak vergisi –   52.462 manat

- Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün  ödənişlər –                   0 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn   gəlirlər –             13329  manat

- Ticarət obyektlərindən torpaq icarə haqları    –7101   manat

- Əkin sahələrinə görə icarə haqqı                    –14904 manat

- Bələdiyyə əmlakının icarəsindən                    –2400  manat

- Avtomobil dayanacaqlarından                        –700    manat

- Mehmanxana rüsumu                                     –215    manat

- Hüquqi şəxslərin maliyyə yardımı                  –14000   manat

-Digər gəlirlər                                                   – 0   manat

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 133637 manat təşkil etmişdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

-2024-cü ilin yanvar –dekabr ayları üçün əmək haqqına -78656 manat

-DSMF-na köçürmələr-19848 manat

-İcbari tibbi sığortaya – 2979 manat

-Həmkarlar Təşkilatına üzvlük haqqı – 745 manat

-YAP-na üzvlük haqqı -390 manat

-BAMS onlayn xidmət haqqı -3359 manat

-Bankın xidmət haqqı- 602 manat

-Aztelekom MMC-poçt xidməti-419 manat

-Telefon abunə haqqı, internet- 1196 manat

-Elektrik enerjisinə görə - 900 manat

-Azərsu ASC-su pulu -300 manat

-Azəriqaz İB –qaz pulu- 1325 manat

-“Atəşgah” sığorta –işçilərin sığortalanması -158 manat

-“Ağbulaq”MH 2 il üçün dəftərxana ləvazimatı -3839 manat

-30 nəfər şəhər sakininə maddi yardım -4200 manat

-“Çernobıl Əlillər Cəmiyyətinə”-  100 manat

-Qurban bayramı münasibətilə payların dəyəri -1000 manat

-Assosiasiyaya üzvlük haqqı -1750 manat

-“Bələdiyyə.info” MMC və qəzetlərə abunə haqqı -150 manat

-“Vaqifoğlu Audit” 2019-2023-cü illərin audit xərci-2000 manat

-DƏDKR xidmət haqları, dövlət rüsumları, rəylərin alınması, hərracların təşkili xərcləri -2024 manat

Hesabat ilində şəhər ərazisində mövcud 7521  vergi ödəyicisindən 5066 –na və ya 67 % -nə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. 

Bundan əlavə Azərbaycan Respublikası vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla 2354 vergi ödəyicisinə 70.6 min manatdan yuxarı güzəşt olunmuşdur.

2024-cü il ərzində 178 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu  55740  manatdır. Bu orta hesabla hər vergi ödəyicisində 313 manat təşkil edir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergiləri ödəmədiyinə görə 32 nəfərin  sənədləri Azərbaycan Respublikası  Ədliyyə Nazirliyinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 1877 manat vəsait məcburi qaydada bələdiyyə büdcəsinə ödənilmişdir.

2023-cü ildə vergi ödəyicilərinə vergi borcları barədə mobil telefonlarına SMS mətni göndərilməsi məqsədilə “Softline Azərbaycan” MMC ilə müqavilə bağlanaraq mətnlərin göndərilməsinə başlanılmışdır.

2024-cü il ərzində 517 vergi ödəyicisinə SMS göndərilmişdir.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 20 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 213 qərar qəbul edilmişdir.

Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Göyçay Regional  Ədliyyə İdarəsinə göndərilmiş və vahid bələdiyyə portalında yerləşdirilmişdir. Eyni zamanda bütün protokollar bələdiyyənin veb saytı və “Facebook” səhifəsi vasitəsilə yayımlanmışdır.

Hesabat dövründə bələdiyyəyə 673 nəfər müraciət etmişdir ki, onların 159 nəfəri arayış və digər sənədlər almaq üçün, 137 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 377 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

2024-cü  ildə  6 nəfər şəhər sakininə  30.7  sot  zəbt olunmuş   həyətyanı   torpaq   sahəsi və 2 nəfərə 40 kvadratmetr sahibkarlıq məqsədli torpaq sahəsi  özəlləşdirilmiş və bundan bələdiyyə büdcəsinə 13329 manat vəsait daxil edilmişdir.

Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

-“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin rayon filialına  köməklik məqsədilə 100 manat vəsait köçürülmüşdür.

-Qurban bayramı günlərində 9 şəhid ailəsi və  6  qazi ailəsi olmaqla 61 ailəyə qurban əti paylanılmışdır.

-30 nəfər imkansız şəhər sakininə müraciətləri əsasında bələdiyyə üzvlərinin ümumi yığıncağında qərar çıxarılaraq  4200 manat  məbləğində maddi yardım edilmişdir.

-Şəhər qəbristanlıqlarında təmizlik-abadlıq işləri aparılmışdır.

-Şəhərin R.Mahmudov küçəsndə Birinci Qarabağ müharibəsində şəhid olmuş Cəlal Rüstəmovun adına yaradılmış “bulaq kompleksi” tərəfimizdən əsaslı təmir olunmuş, yeni ağac və gül kolları əkilmiş, işıqlandırma sistemi yenilənmişdir.

-“Novuz bayramı” və “Yeni il bayramı” günlərində şəhərin bayramsayağı bəzədilməsi tərəfimizdən təmin olunmuşdur.

Ötən ildə də bələdiyyənin gördüyü işlər haqqında məlumatlar “Bələdiyyə.info” saytı və “İsmayıllı xəbələri” qəzeti vasitəsilə ictimailəşdirilmişdir.

 2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 7124  ev həyətyanı sahəsi ilə birlikdə, 2281 hektar əkin, 120 hektar bağ sahəsi, 291 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir. Ümumilikdə  isə 7521 vergitutma subyekti sistemə daxil edilmişdir.

İsmayıllı bələdiyyəsinin 01 yanvar 2025-ci il tarixə 34468 manat borcu vardır ki, bu  da əsasən DSMF borcları, tibbi sığorta, sərf olunmuş yanacağa, qazdan istifadəyə, təmir-tikinti idarəsinə, həmkarlaa üzvlük haqqı və s. ibarətdir.

Hesabat ilində  məhəllə komitələri də aparılan işlərdə bələdiyyəyə yaxından köməklik  göstəriblər. Belə ki, vergilərin ödənilməsi istiqamətində, ərazilərin təmiz saxlanılması, qanunsuz tikintilərin vaxtında qarşısının alınması və s. məsələlərdə əhalinin maarifləndirilməsini təmin edərək daima bələdiyyəni məlumatlandırmışlar. Bundan başqa  vətəndaş cəmiyyətinin inkişafında  və bələdiyyə vətəndaş vəhdətinin  möhkəmlənməsində aktiv fəaliyyət göstərmişlər.

Sonda bir məsələni də qeyd etmək istərdik ki, qarşıdan əlamətdar bir hadisə- bələdiyyə seçkiləri gəlir.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər çərçivəsində qurulması məqsədilə islahatların davam etdirilməsi, bələdiyyələrin idarəetmədə rolunun gücləndirilməsi, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarının genişləndirilməsi, dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması məqsədilə bu seçkilərdə hamılıqla iştiak edərək şəhər sakinləri arasında nüfuzu olan, bacarıqlı və savadlı namizədlərə səs vermək hər bir vətəndaşın mənəvi borcuna çevrilməlidir.

Pərviz  Ağayev

İsmayıllı Bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər