Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-04-2023 , 10:37

1528

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Göyçay bələdyyələrinin büdcə gəlirində doqquz faizlik azalma  olub

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Göyçay rayonunda formalaşan 26 bələdiyyənin büdcə gəliri 292.200 manat olub. Bu 2021-ci llə müqayisədə 9  faiz azdur.

Əldə edilən gəlirin 47.9 faizi vergilərdən, 52.1 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 26.9 faizi torpaq, 21 faizi əmlak vergisindən daxil olub.

Göyçay bələdiyyələrinin büdcə gəlirinin 31.1 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Göyçay bələdiyyələri ötən il 44.900 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2.1 faiz çox deməkdir.  İl ərzində Göyçay bələdiyyələrinə 58.800 manat dotasiya ayrılıb. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən bələdiyyə büdcəsinə 600 manat maliyyə vəsaiti daxil olub.

Avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb. 

Rəylər

0 Rəy


Rəy yaz