Günel Ağayeva: “Vətəndaşların qaldırdığı məsələlər mərhələli şəkildə öz həllini tapmışdır”
“Nohurqışlaq bələdiyyəsi ərazidə vətəndaş məmnunluğunun təmin edilməsi üçün mütəmadi olaraq qəbullar keçirir. Qəbullarda vətəndaşların qaldırdığı məsələlər müzakirə edilir. Bələdiyyədən asılı olan məsələlər isə öz həllini tapır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva deyib.
Sədr qeyd edib ki, qəbul zamanı sakinlər müxtəlif
mövzularda müraciətlərlə çıxış ediblər. Çay kənarının zibil tullantılarından
təmizlənməsi, ərazilərə müvafiq məlumatlandırıcı lövhələrin vurulması, o cümlədən
güclü yağışın yaratdığı fəsadları aradan qaldırması ilə bağlı müraciətlər qeydə alınmış və mərhələli şəkildə qaldırılan məsələlər öz həllini tapmışdır.
Bununla yanaşı
maddi yardım üçün edilən müraciətlərə də bələdiyyə iclasında
baxılmış səkkiz nəfər şəhid, qazi və aztəminatlı
ailəyə ümumilikdə 1.050 manat vəsait ayrılmışdır.
Sədr ötən dövrdə kənd qəbirstanlığında da təmizlik işlərinin aparıldığını qeyd edib.
Belediyye.info
Rəylər
0 Rəy