Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-04-2023 , 23:07

2028

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ağsu bələdiyyələrinin büdcə gəlirinin neçə faizini Gəgəli bələdiyyəsi əldə edib?

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Ağsu  rayonunda formalaşan  31  bələdiyyənin büdcə gəliri 357.900 manat olub. Bu 2021-ci llə müqayisədə cəmi 4.4 faiz çox deməkdir. Qeyd edək ki,  bu rəqəm ölkə üzrə orta statistik artımdan 3.5 dəfə azdır.

Əldə edilən gəlirin 32.5 faizi vergilərdən, 67.5 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 28.5 faizi torpaq, 4 faizi əmlak vergisindən daxil olub. Ağsu bələdiyyələrinin büdcə gəlirinin 48.6  faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən daxil olan ödənişin həcmi 1.000 manat olub. İl ərizndə Xızı bələdiyyələrinə 63.400 manat dotasiya ayrılıb.

İl ərzində  mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən və  avtodayanacaqlardan Agsu bələdiyyələrinin  büdcəsinə maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.infonun əldə etdiyi məlumata görə, ötən il  Gəgəli bələdiyyəsinin  büdcə gəliri 77.463 manat olub. Ümumi gəlirin 63.648 manatı torpaqların icarə haqqından, 9.139 manatı torpaq vergisindən, 916 manatı əmlak vergisindən, 24 manatı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisindən, 1.170 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödənişdən, 2460 manatı dövlət tərəfindən verilən dotasiyadan daxil olub.

Göründüyü kimi,  31 bələdiyyənin əldə etdiyi büdcə gəlirinin 22 faizi Gəgəli bələdiyyəsi tərəfindən toplanılıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər