Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-10-2026 , 15:58

97

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Yerli büdcə daxilolmalarında müsbət dinamika müşahidə olunur: BƏLƏDİYYƏ SƏDRİ YAZIR 

Biləsuvar bələdiyyəsinin qarşıya qoyduğu əsas vəzifələrdən biri yerli büdcə gəlirlərinin artırılması, vergi ödəyiciləri ilə işin daha səmərəli təşkili, şəffaflığın təmin olunması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu istiqamətdə son illər bir sıra tədbirlər həyata keçirilir, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Görülən işlərin nəticəsi olaraq yerli büdcə daxilolmalarında müsbət dinamika müşahidə olunur. Belə ki, 2024-cü ildə büdcə daxilolmaları 149 min 760 manat, 2025-ci ildə 156 min 256 manat, 2026-cı ilin oktyabr ayına olan məlumata əsasən isə 158 min 256 manat təşkil edib.

Beləliklə, 2024-cü illə müqayisədə 2026-cı ilin oktyabr ayınadək büdcə daxilolmaları 8.496 manat artıb. Bu göstərici yerli gəlirlərin artırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini və bu sahədə işlərin ardıcıl davam etdirilməsinin vacibliyini göstərir.

Büdcə gəlirlərinin artırılması məqsədilə torpaq və əmlak sahələrinin uçotunun dəqiqləşdirilməsi, vergi ödəyiciləri haqqında məlumatların yenilənməsi, mövcud vergi borclarının müəyyənləşdirilməsi və onların ödənilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, əhali arasında maarifləndirmə işlərinin aparılması, vətəndaşlara vergi öhdəliklərinin izah edilməsi və ödəniş intizamının gücləndirilməsi də diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS) imkanlarından istifadə olunur. Elektron informasiya sistemləri məlumatların daha dəqiq uçotunun aparılmasına, vergi öhdəliklərinin izlənilməsinə, mövcud məlumatların sistemləşdirilməsinə və iş proseslərinin daha operativ təşkilinə şərait yaradır. Rəqəmsal həllərin tətbiqi bələdiyyə fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına xidmət edir.

Vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından elektron bələdiyyə portalının yaradılması da mühüm yeniliklərdəndir. Portal vasitəsilə vətəndaşlar elektron qaydada şəxsi hesablarına daxil olaraq vergi obyektləri, hesablanmış vergi məbləğləri və həyata keçirdikləri ödənişlər barədə məlumat əldə edə bilərlər. Bu imkan vətəndaşların zəruri məlumatları bələdiyyəyə birbaşa müraciət etmədən əldə etmələrini asanlaşdırır, vaxta qənaət etməyə və xidmətlərdən daha rahat istifadə etməyə şərait yaradır.

Növbəti mərhələdə rəqəmsallaşma istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. 2027-ci ildən etibarən vergi tədiyə bildirişlərinin elektron qaydada təqdim olunması da planlaşdırılır. Bunun üçün vergi ödəyicilərinə aid məlumatların dəqiqləşdirilməsi, əlaqə məlumatlarının yenilənməsi və əhalinin elektron xidmətlərdən istifadə qaydaları barədə məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Elektron bildirişlərin tətbiqi vətəndaşların vergi öhdəlikləri barədə vaxtında məlumatlandırılmasına və ödəniş prosesinin daha rahat təşkilinə kömək edəcək.

İnanıram ki, müasir texnologiyaların tətbiqi, uçot və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də vətəndaşlarla işin düzgün təşkili yerli büdcə gəlirlərinin artırılmasına mühüm töhfə verəcək. Biləsuvar bələdiyyəsi bundan sonra da büdcə daxilolmalarının artırılması, şəffaflığın gücləndirilməsi və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.

İlqar Abbasov

Biləsuvar bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər