Ruslan Əhmədov: “Bərdə bələdiyyəsi şəhərdə məişət tullantılarının idarə olunmasının yaxşılaşdırılmasına öz töhfəsini verməkdədir”
“Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdə bələdiyyəsi tərəfindən şəhərin təmizlik və sanitariya vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 160 ədəd yeni məişət tullantıları konteyneri alınaraq rayon mənzil kommunal təsərrüfatı birliyinə təhvil verilib. Ən müasir tələblərə cavab verən konteyner şəhərin ehtiyac olan küçələrinə dislokasiyaya uyğun yerləşdirilib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ruslan Əhmədov deyib.
Sədr qeyd edib ki, yeni konteynerlərin alınmasında əsas məqsəd
məişət tullantılarının müəyyən olunmuş yerlərdə toplanmasını təmin etmək,
tullantıların ətraf ərazilərə yayılmasının qarşısını almaq və şəhərin daha təmiz,
səliqəli və sağlam mühitə malik olmasına töhfə verməkdir:
“Bu gün Bərdə bələdiyyəsi olaraq hesab edirik ki, şəhərin təmizliyinin
qorunması yalnız aidiyyəti qurumların deyil, hər bir sakinin üzərinə düşən məsuliyyətdir.
Bu baxımdan sakinlərimizdən məişət tullantılarını küçələrə və ətraf ərazilərə
atmamağı, tullantıları yeni quraşdırılmış konteynerlərə yerləşdirməyi və şəhərimizin
təmizliyinin qorunmasına həssaslıqla yanaşmağı xahiş edirik.”
Sədr bildirib ki, Bərdə şəhərinin abad, təmiz və səliqəli
saxlanılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.
Belediyye.info
Rəylər
0 Rəy