Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-09-2026 , 17:09

339

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ruslan Əhmədov: “Bərdə bələdiyyəsi  şəhərdə məişət tullantılarının idarə olunmasının yaxşılaşdırılmasına öz töhfəsini  verməkdədir”

“Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdə bələdiyyəsi tərəfindən şəhərin təmizlik və sanitariya vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 160 ədəd yeni məişət tullantıları konteyneri alınaraq rayon mənzil kommunal təsərrüfatı birliyinə təhvil verilib. Ən müasir tələblərə cavab verən konteyner şəhərin ehtiyac olan küçələrinə dislokasiyaya uyğun yerləşdirilib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ruslan Əhmədov deyib.

Sədr qeyd edib ki, yeni konteynerlərin alınmasında əsas məqsəd məişət tullantılarının müəyyən olunmuş yerlərdə toplanmasını təmin etmək, tullantıların ətraf ərazilərə yayılmasının qarşısını almaq və şəhərin daha təmiz, səliqəli və sağlam mühitə malik olmasına töhfə verməkdir:

“Bu gün Bərdə bələdiyyəsi olaraq hesab edirik ki, şəhərin təmizliyinin qorunması yalnız aidiyyəti qurumların deyil, hər bir sakinin üzərinə düşən məsuliyyətdir. Bu baxımdan sakinlərimizdən məişət tullantılarını küçələrə və ətraf ərazilərə atmamağı, tullantıları yeni quraşdırılmış konteynerlərə yerləşdirməyi və şəhərimizin təmizliyinin qorunmasına həssaslıqla yanaşmağı xahiş edirik.”

Sədr bildirib ki, Bərdə şəhərinin abad, təmiz və səliqəli saxlanılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
1532