“Bizim məqsədimiz büdcə gəlirlərini artırmaqla ərazidə vətəndaş məmnunluğunu təmin etməyə çalışmaqdır”- bu fikirləri Belediyye.infoya Goranboy rayonu, Səfikürd bələdiyyəsinin sədri Murad Muradov deyib.
Sədr
bildirib ki, bələdiyyənin azsaylı kollektivinin birgə səyi ilə 2025-cü illə
müqayisədə büdcə gəlirlərini 1.8 dəfəyədək artıra bilmişik. Yerli vergilərin həcmi
isə iki dəfədən çox artıb. Əmlak
vergisində 2.21 dəfə, torpaq vergisində isə 1.91 dəfə artım müşahidə olnub. Bələdiyyə mülkiyyətinin icarəsindən və özgəninkiləşdirilməsindən də ciddi artım müşahidə olunub.
Sədr
qeyd edib ki, əldə edilən səkkizaylıq nəticələr qənaətbəxş olsa da, bu bizi hələ qane etmir. Artım tempini ilin sonunadək davam etdirməyi
düşünürük.
Bu gün əldə olunan maliyyə vəsaiti ilə kəndarası yolların təmiri həyata keçirir, habelə vətəndaşların qaldırdığı problemlərin həllinə dəstəymizi göstəririk.
Qeyd edək ki, Səfikürd bələdiyyəsinin 13 nəfər üzvü var və 2025-ci lin yanvarında keçirilən bələdiyyə seçkilərindən sonra Səfikürd, Şəfəq, Tatarlı və Zeyvə bələdiyyələri Səfikürd bələdiyyəsinə birləşdirilib. Bu gün bələdiyyənin inzibati ərazisinə Səfikürd, Şəfəq, Tatarlı və Zeyvə kəndləri daxildir.
Belediyye.info
Rəylər
0 Rəy