Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-09-2026 , 20:06

98

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Murad Muradov: “Səkkizaylıq nəticələr qənaətbəxş olsa da bizi qane etmir”

“Bizim məqsədimiz büdcə gəlirlərini artırmaqla ərazidə vətəndaş məmnunluğunu təmin etməyə çalışmaqdır”- bu fikirləri Belediyye.infoya Goranboy rayonu, Səfikürd bələdiyyəsinin sədri Murad Muradov deyib.

Sədr bildirib ki, bələdiyyənin azsaylı kollektivinin birgə səyi ilə 2025-cü illə müqayisədə büdcə gəlirlərini 1.8 dəfəyədək artıra bilmişik. Yerli vergilərin həcmi isə iki dəfədən çox artıb.  Əmlak vergisində 2.21 dəfə, torpaq vergisində isə 1.91 dəfə artım müşahidə olnub. Bələdiyyə mülkiyyətinin icarəsindən və özgəninkiləşdirilməsindən də  ciddi artım müşahidə olunub.

Sədr qeyd edib ki, əldə edilən səkkizaylıq nəticələr qənaətbəxş olsa da, bu  bizi hələ qane etmir.  Artım tempini ilin sonunadək davam etdirməyi düşünürük.

Bu gün əldə olunan maliyyə vəsaiti ilə kəndarası yolların təmiri həyata keçirir, habelə vətəndaşların qaldırdığı problemlərin həllinə dəstəymizi göstəririk.

Qeyd edək ki, Səfikürd bələdiyyəsinin 13 nəfər üzvü var və 2025-ci lin yanvarında keçirilən bələdiyyə seçkilərindən sonra Səfikürd, Şəfəq, Tatarlı və Zeyvə bələdiyyələri Səfikürd bələdiyyəsinə birləşdirilib. Bu gün bələdiyyənin inzibati ərazisinə  Səfikürd, Şəfəq, Tatarlı və Zeyvə kəndləri daxildir.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər