Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-06-2026 , 19:20

141

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İlkin Kərimov: “Əvvəlki dövrdə fəaliyyətdə olmuş bələdiyyələr əmlak və torpaq vergisinin yığımına məsuliyyətlə yanaşmadıqlarından ərazilərində heç bir layihəyə imza ata bilməmişlər”

“Masallı rayonu, Təklə bələdiyyəsi yarandığı gündən öz fəaliyyətini “Bələdiyyələrin  statusu” haqqında  Qanuna uyğun olaraq müəyyən uğurlara imza atıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İlkin Kərimov deyib.

Bələdiyyələrin birləşdirilməşdirilməsi zamanı  hazırda Təklə bələdiyyəsi vaxtı ilə Çaxırlı və Təklə bələdiyyələrinin əhatə etdiyi Bala Təklə, Çaxırlı, Xoşçobanlı, İmanlı, Kəlbəhüseynli, Ləngan, Mollahəsənli, Sarıcəfərli, Sığıncaq və Təklə kəndlərini özündə birləşdirib.
Sədr qeyd edib ki, birləşdirmə zamanı əvvəlki bələdiyyələrin müvafiq təşkilatlara, xüsusəndə DSMF-a 16.000 manat borc var idi. Təəsüf ki, əvvəlki dövrdə fəaliyyətdə olmuş bələdiyyələr əmlak və torpaq vergisi yığımına məsuliyyətlə yanaşmadıqlarından, nəticədə ərazidə heç bir layihəyə imza ata bilməmişlər.
Bu gün bələdiyyədə qurulmuş düzgün iş proqramının nəticəsi olaraq Təklə bələdiyyəsi 2026- cı ilin 1-ci rübün yekunlarına görə 2025- ci ilin 1-ci rübü ilə müqayisə də vergi yığımına görə respublikada kənd bələdiyyələri arasında 4-cü yerdə olub.
Bu dövr ərzində əvvəlki bələdiyyələrdən qalan  16000 min manat borc müvafiq təşkilatlara ödənilmiş və hal-hazırda heç bir təşkilata borcu yoxdur.
Bələdiyyənin fəaliyyəti müddətində daima şəhid ailələri və az təminatlı ailələrlə əlaqə saxlanılıb və onların hər hansı problemlərinin həllində yaxından iştirak edib.
Şəhid və az təminatlı ailələrə 3.250 manat yardım edilmiş, “Qurban bayramı “ nda 22 şəhid və az təminatlı ailəyə qurban payı verilmişdir.
Ərazidə daima abadlıq işləri görülür,  küçələrin təmizlənməsi, yol kənarlarının alaq otlarından təmizlənməsi və eləcə də ərazidəki qəbirəstanlıqların təmiz saxlanması gündəlik iş proqramımıza daxil olan işlərdəndir.
Sədr qeyd edib ki, bələdiyyənin təşəbbüsü ilə  kəndlərdə yaradılan xeyriyyə cəmiyyətləri işlərin yerinə yetirilməsində daima yardımçımız olur.
Bu gün ayri-ayrı adamlar tərəfindən müxtəlif dovrlədrdə zəbt edilərək istifadə edilən bələdiyyə mülkiyyətinə daxil olan  kənd təsərrufatı təyinatlı torpaqlar zəbtdən azad edilərək hərrac qaydasında icarəyə verilməsi üçün ilkin sənədləşmə işlərinə başlanılmışdır.
Eyni zamanda  yaşayış məntəqələri torpaqlarına aid kəndin perspektiv inkişafı üçün nəzərdə tutulan 0,90 ha torpaq sahəsi zəbtdən azad edilərək fərdi yaşayış evlərinin tikintisi məqsədilə ehtiyacı olan sakinlər üçün həyətyanı torpaq sahəsi kimi verilməsi üçün ilkin sənədləşmə işlərinə başlanılmış, 4 həyətyanı torpaq sahəsinin sənədləşmə işi başa çatdırılmışdır.
  “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı Təklə bələdiyyəsi hazırladığı “Tədbirlər planı”nın icrası ilə bağlı  işləri daima yerin yetirilməsi üçün işlər görür və tədbirlər proqramına uyğun olaraq işlərini davam etdirir.
İlkin Kərimov sonda qeyd edib ki, məqsədimiz sakinlərimizin sosial rifahının yaxşılaşması üçün daima çalışmaq və  bu məqsədlə onların yanında olmaqdır.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1548