Nohurqışlaq bələdiyyəsi Qurban bayramında növbəti aksiya həyata keçirib
Müqəddəs Qurban bayramı münasibətilə Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi tərəfindən növbəti sosial aksiya həyata keçirilib. Nöhurqışlaq bələdiyyəsinin təşkilatçılığı ilə bələdiyyə ərazisində yaşayan aztəminatlı 40 ailəyə qurban payları çatdırılıb.
Qurban payları bələdiyyə
əməkdaşları tərəfindən ünvanlara çatdırılaraq ailələrin bayram sevincinə töhfə
verilib.
Kənd sakininləri göstərilən diqqət və qayğıya görə Nöhurqışlaq
bələdiyyəsinə minnətdarlıqlarını ifadə ediblər.
Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi
Rəylər
0 Rəy