Əmlak vergisinin həcmini artırsalarda, 2018- ci ildəki “rekordu” təkrar edə bilmədilər
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Qazax rayonunda formalaşan 11 bələdiyyənin büdcə gəliri 532.000 manat olub. Bu 2024-ci llə müqayisədə 7.8 faiz artıq deməkdir. 2024-cü ildə 17 bələdiyyənin əldə etdiyi vəsaitin həcmi 493.000 manat təşkil etmişdi. Bu isə əvvəlki ildə əldə olunan vəsaitin cəmi 51 faizi demək idi. Qazax bələdiyyələri üçün ən uğurlu il isə 2018-ci ili hesab etmək olar. Belə ki, həmin ildə 17 bələdiyyənin əldə etdiyi vəsaitin həcmi 2.009.200 manat olmuşdu.
2025 - ci ildə isə əldə edilən gəlirin 41.3 faizi vergilərdən,
58.7 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 24.4 faizi torpaq, 16.9 faizi əmlak vergisindən daxil olub. İl ərzində torpaq vergisinin həcmi 90.9 faiz, əmlak
vergisinin həcmi isə 53.5 faiz artmışdır.
Belə ki, il ərzində Qazax bələdiyyələri 129.800 manatlıq torpaq vergisi,
89.800 manatlıq əmlak vergisi əldə edə biliblər.
Qazax bələdiyyələrinin büdcə gəlirinin 44.6 faizi bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.
Ötən il Qazax bələdiyyələrinə bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən
117.300 manatlıq vəsait daxil olub. Bu da ötən illə müqayisədə bir faiz çox deməkdir.
İl ərzində Qazax bələdiyyələrinə 74.000 manat dotasiya
ayrılıb. Bələdiyyələr tərəfindən xüsusi
ayrılmış torpaq sahələrində stasionar və
ya səyyar ticarətdən 200 manat maliyyə vəsaiti əldə edib. Qazax bələdiyyələrinə 900 manat fiziki və hüquqi şəxslər tərəfindən ianə edilib.
Bununla yanaşı, mehmanxana, turizm, kurort-sanatoriya xidmətindən,
avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən daşınmaz əmlak
üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti
daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy