Amaliya Əmənova: “Ay ərzində büdcə gəlirini üç dəfə artırmaqla, bələdiyyənin həm də il ərzində 8 min manatlıq borcu bağlanılıb”
“Məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqdır. Bunun üçün bələdiyyənin azsaylı kollektivi var qüvvəsi ilə çalışır”- bu fikirləri Belediyye.infoya Cəlilabad rayonu, Muğan bələdiyyəsinin sədri Amaliya Əmənova deyib.
Sədr qeyd edib ki, 2025-ci il yanvar seçkilərindən sonra Kazımabad
bələdiyyəsi Muğan bələdiyyəsinə birləşdirildiyindən bələdiyyənin əhatə etdiyi kəndlərin
sayı bir xeyli artıb. Hazırda bələdiyyənin inzibati ərazisinə Kazımabad,
Maşlıq, Muğan və Söyüdlü kəndləri daxildir.
Sədr təəsüflə bildirib ki, sədr seçilərkən bələdiyyənin 26.000
manat DSMF-yə borcu olub. Hazırda borcların silinməsi ilə bağlı bələdiyyənin konkret icra proqramı var və artıq bu istiqamətdə ciddi işlər həyata keçirilməkdədir.
Mövcud
borclardan isə il ərzində artıq 8 min manatı
silinib. Yəqin ki, ilin sonundaək DSMF borcunu hissə-hissə ödəməklə bələdiyyənin bu borcunu bağlaya biləcəyik. Məhz büdcə gəlirlərini artırmaqda məqsədimiz həm də borcu vaxtında
bağlamaqla seçicilərimizə daha yüksək xidmət göstərməyə çalışmaqdır.
Sədr qeyd edib ki, ötən
ilin aprel ayı ilə müqayisədə cari ildə büdcə gəlirlərində üç dəfədən artıq
artım müşahidə olunub. Belə ki,2025-ci ilin aprel ayında ay ərzində 3.220 manat
büdcə gəliri olmuşdursa, cari ilin aprelində artıq bu rəqəm 13.028 manata çatıb.
Diqqətiçəkən
məqam ondadır ki, ötən il vergi yığımı sıfıra bərabər olduğu halda, cari ildə
BAMS proqramının verdiyi imkanlardan yararlanaraq ay ərzində 3.289 manatlıq torpaq vergisi, 571
manatlıq əmlak vergisi əldə olunub.
Bununla
yanaşı ay ərzində bələdiyyə mülkiyyətinin özgəninkiləşdiirməsindən bələdiyyə
büdcəsinə 4.332 manat, bələdiyyə mülkiyyətinin icarəyə verilməsinən isə 4.835
manat vəsait daxil olub.
Ötən ilin aprel ayında əldə etdiyimiz 3.220 manatın 1.220 manatı bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən, 2.000 manatı isə bələdiyyə mülkiyyətinin
icarəyə verilməsindən daxil olmuşdur.
Bu gün daxil olan gəlirlər işçilərin əmək haqqlarına, bir qismi borcların bağlanılmasına, digər bir hissəsi kənddaxili yolların təmirinə, abadlıq işlərinə və sosial durumu ağır olan ailələrə yardımların verilməsinə sərf edilir.
Belediyye.info
Rəylər
0 Rəy