Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-05-2026 , 23:39

120

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Amaliya Əmənova: “Ay ərzində büdcə gəlirini üç dəfə artırmaqla, bələdiyyənin həm də il ərzində 8 min manatlıq borcu bağlanılıb”

“Məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqdır. Bunun üçün bələdiyyənin azsaylı kollektivi var qüvvəsi ilə çalışır”- bu fikirləri Belediyye.infoya Cəlilabad rayonu, Muğan bələdiyyəsinin sədri Amaliya Əmənova deyib.

Sədr qeyd edib ki, 2025-ci il yanvar seçkilərindən sonra Kazımabad bələdiyyəsi Muğan bələdiyyəsinə birləşdirildiyindən bələdiyyənin əhatə etdiyi kəndlərin sayı bir xeyli artıb. Hazırda bələdiyyənin inzibati ərazisinə Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndləri daxildir.

Sədr təəsüflə bildirib ki, sədr seçilərkən bələdiyyənin 26.000 manat DSMF-yə  borcu olub. Hazırda borcların silinməsi ilə  bağlı bələdiyyənin konkret icra  proqramı var və artıq bu istiqamətdə ciddi işlər həyata keçirilməkdədir.

Mövcud borclardan isə  il ərzində artıq 8 min manatı silinib. Yəqin ki, ilin sonundaək DSMF borcunu hissə-hissə ödəməklə  bələdiyyənin bu borcunu bağlaya biləcəyik. Məhz büdcə gəlirlərini artırmaqda məqsədimiz həm də borcu vaxtında bağlamaqla seçicilərimizə daha yüksək xidmət göstərməyə çalışmaqdır.

Sədr qeyd edib ki, ötən ilin aprel ayı ilə müqayisədə cari ildə büdcə gəlirlərində üç dəfədən artıq artım müşahidə olunub. Belə ki,2025-ci ilin aprel ayında ay ərzində 3.220 manat büdcə gəliri olmuşdursa, cari ilin aprelində artıq bu rəqəm 13.028 manata çatıb.

Diqqətiçəkən məqam ondadır ki, ötən il vergi yığımı sıfıra bərabər olduğu halda, cari ildə BAMS proqramının verdiyi imkanlardan yararlanaraq  ay ərzində 3.289 manatlıq torpaq vergisi, 571 manatlıq əmlak  vergisi əldə olunub.

Bununla yanaşı ay ərzində bələdiyyə mülkiyyətinin özgəninkiləşdiirməsindən bələdiyyə büdcəsinə 4.332 manat, bələdiyyə mülkiyyətinin icarəyə verilməsinən isə 4.835 manat vəsait daxil olub.

Ötən ilin aprel ayında əldə etdiyimiz 3.220 manatın 1.220 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 2.000 manatı isə bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən  daxil olmuşdur.

Bu gün daxil olan gəlirlər işçilərin əmək haqqlarına, bir qismi borcların bağlanılmasına, digər bir hissəsi kənddaxili yolların təmirinə, abadlıq işlərinə və  sosial durumu ağır olan ailələrə yardımların verilməsinə sərf edilir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər