Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2026 , 00:21

94

Son xəbərlər

Bütün xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

"Son zəngdə" ona bələdiyyənin hədiyyəsi təqdim edildi

113 nömrə tam orta  məktəbdə “son zəng” tədbiri keçirilib. Məzunların doğma məktəblə vidalaşması məqsədilə keçirilən  tədbirdə Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov, Kürdəxanı qəsəbə nümayəndəsi Rahim Budaqov,  məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə ibtidai sinif şagirdləri və məzunlar bir-birindən maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Məktəbin direktoru Gültəkin Rüstəmova, eyni zamanda tədbirdə qonaq qismində iştirak edən ictimaiyyətin nümayəndələri məzunları təbrik ediblər.

Tədbirdə həmçinin orta məktəbi qizil medalla və fərqənmə diploma ilə bitirən 11 E sinif şagirdi Humay Fərəcbəyliyə Kürdəxanı bələdiyyəsinin tərəfindən  qiymətli hədiyyə təqdim edilib. Hədiyyəni təqdim edən sədr Agaəli Məsimov məzunların hər birinə uğurlar arzulayaraq gələcək fəaliyyətləri ilə Vətənimiz  üçün, dövlətimiz  üçün  lazımlı vətəndaş kimi yetişmələrini arzulayıb.




 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər