Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2026 , 00:33

61

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu şəhərdə görkəmli oftalmoloqa  həsr olunmuş tədbir keçirilib

28 aprel 2026-cı il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzi  tərəfindən görkəmli oftalmoloq Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

   Tədbirdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran rayon İcra Hakimiyyəti Başçısının müavini Natəvan Mustafayeva, Şabran şəhər Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Şabran rayon Mərkəzi xəstəxanasının baş həkimi Kəmalə Süleymanova,  idarə və müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru   Təvəkgül Əliyev açaraq bildirdi ki, Zərifə xanım Əliyevanın Azərbaycanda geniş yayılmış göz xəstəliklərinə qarşı apardığı tədqiqatlar, bu sahədə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində gördüyü işlər onun elmə verdiyi töhfələrin yalnız bir hissəsidir. Zərifə Əliyeva yalnız bir alim, həkim və müəllim kimi yox, həm də ailəsi, çevrəsi və ölkəsi üçün dəyərli bir insan olaraq qəlblərdə əbədi iz buraxmışdır. Onun elmi irsi bu gün də Azərbaycan tibb elminin dəyərli mənbələrindən biri kimi öz aktuallığını qoruyur.

      Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov çıxış edərək bildirdi ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, Azərbaycanı tarixi Zəfərinə qovuşduran, adını çoxəsrlik tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdıran Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin anasıdır. Zərifə xanım Əliyevanın ən böyük mükafatı xalqın sevgisidir.  Zərifə xanım Əliyeva uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. İnsanlara nur bəxş edən Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Zərifə xanım milli oftalmologiyanın inkişafını müasir tələblərə cavab verən oftalmoloji mərkəzin yaradılmasında, öz ixtiralarını, kəşflərini beynəlxalq arenaya çıxara bilən yüksəkixtisaslı kadrların hazırlanmasında, dünya oftalmologiya elminə inteqrasiyada görürdü. Bütün mənalı həyatı boyu yorulmaq bilmədən çalışan, elmin sirlərinə dərindən yiyələnmək üçün səylərini artıran, daim yeniliyə maraq göstərən Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Dövlətimizin başçısı Cənab İlham Əliyev görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva haqqında danışarkən “Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” söyləyərək bu fikirləri də xüsusi qeyd edir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır.”     

Daha sonra Şabran Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Laborotoriya şöbəsinin müdiri Kifayət Vidadiyeva çıxış edərək Akademik Zərifə xanım Əliyevanın elmi yaradıcılığından, onun oftalmologiya sahəsinə verdiyi töhfələrdən, oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs etmişdir.

Sonda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin həyat yolunu, elmi nailiyyətlərini və tibb tariximizdəki silinməz izlərini əks etdirən videoçarx nümayiş etdirilib.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər