2026-cı il aprelin 3-də Ağcabədi Bələdiyyəsində növbəti vətəndaş qəbulu təşkil olunmuşdur. Qəbulda bələdiyyə sədri İsmayıl Rəsulov və aidiyyəti məsul əməkdaşlar iştirak etmişlər.
Görüş zamanı vətəndaşlar sosial, məişət, torpaq münasibətləri və infrastruktur sahələri üzrə müraciət və təkliflərini birbaşa sədrə təqdim etmiş, mövcud problemləri ətraflı şəkildə diqqətə çatdırmışlar.
Bələdiyyə sədri daxil olan müraciətləri diqqətlə dinləmiş, qaldırılan məsələlərin operativ və səmərəli həlli məqsədilə müvafiq qurumlara konkret tapşırıqlar vermişdir. O, çıxışında əhalinin sosial rifahının yüksəldilməsi, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin olunmasının əsas prioritet istiqamətlərdən biri olduğunu xüsusi vurğulamışdır.
Qeyd edilmişdir ki, mütəmadi olaraq keçirilən vətəndaş qəbulları dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, qarşılıqlı etimadın artırılmasına və açıq dialoqun genişlənməsinə mühüm töhfə verir. Bu yanaşma yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına xidmət etməklə yanaşı, vətəndaşların bələdiyyəyə olan inamının daha da gücləndirilməsində əhəmiyyətli rol oynayır.
Rəylər
0 Rəy