Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2026 , 18:40

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Anar İsmayılov: “Cari ildə əldə edilən maliyyə vəsaitinin müəyyən hissəsinin sosial yardımlara ayrılması nəzərdə tutulub”

Əhalinin həssas qruplarının sosial məişət qayğılarının diqqətdə saxlanılması hər bir bələdiyyənin prioritet vəzifələrindəndir”- bu fikirləri Belediyye.infoya Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov deyib. Sədr qeyd edib ki, şəhid, qazi və aztəminatlı ailələrə planlı şəkildə  dəstəyin göstərilməsi üçün bələdiyyədə yaradılan işçi qrupunu  mütəmadi olaraq hazırladığı hesabatlar bələdiyyə iclasında müzakirəyə çıxarılır. Bələdiyyəyə müraciət edən hər bir vətəndaş bələdiyyənin müvafiq şöbələri tərəfindən qəbul edilir, müraciətin mövzusu müzakirə olunur və bələdiyyədən asılı olan hər bir məsələnin həlli ilə bağlı ciddi addımlar atılır.

Bələdiyyə sədri 2023-2025 ci illərdə sosial yardımlara ayrılan maliyyə vəsaiti ilə bağlı  rəqəmləri də açıqladı.

2023 -cü il üzrə sosial yardımlara  bələdiyyə büdcəsindən 14.382  manat vəsait ayrılıb. Bu yardımlar 27 şəhid ailəsinə, 23 qaziyə,100 imkansız ailəyə verilib.  Bundan əlavə Qurban bayramı münasibətilə 400 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə, 100 imkansız ailəyə 7000 manatlıq b ayram sovqatı paylanılmışdır.  2023-cü ildə bələdiyyənin gəlirləri 376.621 manat olduğu halda gəlirə görə nisbətdə göstərilmiş  sosial yardımların həcmi 5.67  faiz təşkil edib.

2024-cü ildə sosial yardımlara 14.423 manat vəsait ayrılıb. Bu yardımlar 22 şəhid ailəsinə, 20 qaziyə,93 imkansız ailəyə verilmişdir. Bundan əlavə Qurban bayramı münasibətilə 400 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə,150 imkansız ailəyə  7700 manatlıq bayram qovqatı paylanılıb. 2024-cü ildə bələdiyyənin gəliri 407.887 manat olduğu halda gəlirə görə nisbətdə göstərilmiş sosial yardımların  həcmi 5.42 fazi təşkil edib.

2025-ci ildə isə sosial yardımlara 15.022 manat vəsait ayrılıb. Bu yardımlar 19 şəhid ailəsinə, 25 qaziyə 106 imkansız ailəyə verilib. Bundan əlavə Qurban bayramı  münasibətilə   400  şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə, 100 imkansız ailəyə  7500 manatlıq bayram sovqatı paylanılmışdır.

2025-ci ildə  isə bələdiyyənin büdcə daxilolmalarının həcmi 465.000 manat olduğu halda gəlirə görə nisbətdə göstərilmiş sosial yardımların  həcmi 5 fazi təşkil edib.

Sədr qeyd edib ki, bələdiyyə iclasının təsdiq etdiyi proqrama uyğun olaraq cari ildə də əldə edilən maliyyə vəsaitinin müəyyən hissəsi məhz sosial yardımlara ayrılması nəzərdə tutulub.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər