Atabala Şeydayev: “Müəssisəni inkişaf etdirməkdə bələdiyyənin əsas məqsədi yerli büdcəyə dayanıqlı və sabit maliyyə vəsaitinin daxil olmasına şərait yaratmaqdır”
“Cari ili yanvar ayı ərzində sakinlərin müraciəti əsasında və hava şəraiti imkan verdikcə bələdiyənin əhatə etdiyi kəndlərdə bir sıra layihələrin icrası həyata keçirilib” - bu fikirləri Belediyye.infoya Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Sədr qeyd edib ki, yanvar ayı ərzində Pirəbədil bələdiyyəsinin əhatə edən kəndlərin məhəllədaxili yollarına çınqıl tökülərək yayılıb. Yanvar ayında əldə etdiyi vəsaitin 29 faizini sakinləri müraciəti əsasında məhz məhəllədaxili yolların təmirinə ayrılıb.
Bununla yanaşı hələlik iki kənddə yüngül konstruksiyadan avtobus dayanacağı da istifadəyə verilmişdir. İlin sonundək avtobus marşrutu xətti üzrə daha bir neçə yerdə avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub. Layihələrimiz bələdiyyənin təsis etdiyi “Uğur Pirəbədil” MMC tərəfindən icra olunur. Müəssisənin texniki təminatı üçün bələdiyyə yanvar ayı ərzində əldə etdiyi maliyyə vəsaiti ilə təsis etdiyi müəssisənin balansına çoxfunksiyalı “DT-75” traktoru alaraq təhvil verib. Müəssisəni inkişaf etdirməkdə bələdiyyənin məqsədi yerli büdcəyə dayanıqlı və sabit maliyyə vəsaitinin daxil olmasına şərait yaratmaqdır. Ərazilərdə həyata keçirilən layihələrin icrasında məhz bu traktorun xidmətindən istifadə edilir. Bununla yanaşı sakinlərə ehtiyac olduqda gündəlik olaraq icrarəyə verməklə müəsisəsinin büdcəsinə əlavə maliyyə vəsaitinin daxil olmasına imkan yaranacaq.
Sədr qeyd edib ki, Pirəbədil bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər bələdiyyə qulluqçusu var. İrili-xırdalı 38 kəndi əfatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.
Belediyye.info
Rəylər
0 Rəy