Tünzalə Qardaşova: “Məqsəd bələdiyyə resurslarından daha səmərəli istifadə etməkdir”
“Bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün bütün qüvvələrimizi səfərbər etmişik”- bu fikirləri Masallı rayonu Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova bildirib.
Sədrin
sözlərinə görə, Boradigah bələdiyyəsi ötən illərdə icarədarlarla bağlanmış
müqavilələri yenidən nəzərdən keçirərək, hazırkı bazar reallıqlarına uyğun
olaraq icarə qiymətlərinə baxış keçirib.
Torpaqların
yerləşmə yeri, əlverişliliyi və ümumi dəyəri nəzərə alınaraq, aşağı qiymətlərlə
icarədə olan sahələrin icarə haqları qanunvericiliyinə, habelə regional ədliyyə idarəsinin tövsiyəsinə
uyğun indiki bazar qiymətlərinə
uyğunlaşdırılır.
Xanım
sədr qeyd edib ki, atılan bütün bu addımlar bələdiyyə ərazisizinin sosial-iqtisadi
inkişafına töhfə vermək və bələdiyyə resurslarından daha səmərəli istifadə etmək
məqsədi daşıyır.
Belediyye.info
Rəylər
0 Rəy