Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-09-2025 , 01:16

1224

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Məqsəd bələdiyyə resurslarından daha səmərəli istifadə etməkdir”


 “Bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün bütün qüvvələrimizi səfərbər etmişik”- bu fikirləri Masallı rayonu Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova bildirib.

Sədrin sözlərinə görə, Boradigah bələdiyyəsi ötən illərdə icarədarlarla bağlanmış müqavilələri yenidən nəzərdən keçirərək, hazırkı bazar reallıqlarına uyğun olaraq icarə qiymətlərinə baxış keçirib.

Torpaqların yerləşmə yeri, əlverişliliyi və ümumi dəyəri nəzərə alınaraq, aşağı qiymətlərlə icarədə olan sahələrin icarə haqları qanunvericiliyinə,  habelə regional ədliyyə idarəsinin tövsiyəsinə uyğun  indiki bazar qiymətlərinə uyğunlaşdırılır.

Xanım sədr qeyd edib ki, atılan bütün bu addımlar bələdiyyə ərazisizinin sosial-iqtisadi inkişafına töhfə vermək və bələdiyyə resurslarından daha səmərəli istifadə etmək məqsədi daşıyır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər