Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-05-2025 , 18:49

1267

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Parlamentin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib

Mayın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Siyavuş Novruzov iclasda Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını söyləyib.

Komitə sədri bildirib ki, qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim olunub. Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində yerli özünüidarəetmə sahəsində korrupsiyaya şərait yaradan səbəblərin araşdırılması və onların aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən yeni maddənin bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını nəzərdə tutduğu söylənilib. Bildirilib ki, bu sistem korrupsiya hallarının qarşısının alınmasına, idarəetmədə şəffaflığın və hesabatlılığın artırılmasına töhfə verəcək. Eyni zamanda, qeyd olunub ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanun layihəsində həmin informasiya sisteminin yerli büdcə gəlirləri hesabına maliyyələşdirilməsi təklif edilir. Bu isə yerli özünüidarə orqanlarının maliyyə müstəqilliyini qorumaqla yanaşı, resursların daha səmərəli istifadəsinə şərait yaradacaq.

Qanun layihəsində təklif olunan digər mühüm yeniliklərdən biri də bələdiyyə bildirişlərinin elektron formada göndərilməsi ilə bağlıdır. Bu yanaşma vətəndaşlara daha əlçatan və operativ xidmət göstərilməsinə, həmçinin sənəd dövriyyəsinin rəqəmsallaşdırılması fonunda idarəetmənin sadələşdirilməsinə imkan yaradacaq.

Təklif olunan dəyişikliklərin “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, eləcə də “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara da şamil olunmaqla, Milli Fəaliyyət Planında nəzərdə tutulan islahatların praktiki icrasına xidmət edəcəyi diqqətə çatdırılıb.

Qanun layihəsinin müzakirəsində komitə üzvləri Vasif Qafarov, Kamran Bayramov, Məzahir Əfəndiyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov qeyd və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda iclasda təqdim edilən qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, deputatlar Tahir Rzayev, Arzuxan Əli-zadə, Aydın Mirzəzadə, Elşən Musayev, Xanlar Fətiyev, bələdiyyə assosiasiyalarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Parlamentin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib - AZƏRTAC



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
617

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
474

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
443

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
349

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
521

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
346