Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-02-2025 , 16:19

2237

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Hər bir vətəndaş özünə məxsus olan əmlakdan bələdiyyəyə vergi ödəməlidir"-VÜQAR TOFİQLİ


Bələdiyyələrin əsas maliyyə mənbələri yerli vergi ödənişlərinin hesabına formalaşır. Bunlar fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisidir.

Lakin təəssüflər olsun ki, vətəndaşlar deyil bələdiyyələrə verəcəkləri verginin nə qədər olduğunu bilmirlər, hətta bələdiyyə binalarının harada yerləşdiyindən də xəbərləri yoxdur.

Bəs bələdiyyələrdən iş tələb edən vətəndaşlar, işin görülməsi üçün vaxtında vergisini ödəyirmi? Ümumiyyətlə bələdiyyələrə hansı vergilər ödənilməlidir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Bələdiyyələrin fəaliyyətinin təbliği ictimai birliyinin sədriVüqar Tofiqli bildirib ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi və üzərinə düşən səlahiyyət yükünün həyata keçirilməsi üçün qanunvericilik qaydasında bir sıra vergi və ödənişlərin yığılması nəzərdə tutulur. Bu sıraya həm fiziki şəxslərdən əmlak və torpaq vergisi, bələdiyyə müəssisələrindən mənfəət vergisi, o cümlədən bir sıra rüsumlar, kurort-sanatoriya rüsumu, turizm xidmətlərindən daxil olan rüsumlar, torpaq satışından əldə edilən rüsumlar və avtodayanacaq və reklamlardan əldə edilən rüsumlar vasitəsilə bələdiyyələrin büdcəsinə maliyyə vəsaiti daxil olur:

"Hər bir vətəndaş özünə məxsus olan əmlakdan bələdiyyəyə vergi ödəməlidir"-VÜQAR TOFİQLİ"Bu istiqamətdə Azərbaycan bələdiyyələri artıq bir sıra irəliləyişlərə nail olub. Bu ödənişlər daha çox əmlak vergisinin yığımı ilə bağlıdır. Əgər əvvəllər əmlak vergisinin yığımı ilə bağlı ümumi büdcə gəlirində əmlak vergisinin həcmi 5-6% təşkil edirdisə, bu gün artıq bu vəsait Bakı bələdiyyələrində hardasa 50%-dən artıq təşkil edir. Ümumi Respublika üzrə göstəricidə isə bu vəsait 12-18% arasında dəyişir.

Hər bir vətəndaş özünə məxsus olan əmlakdan bələdiyyəyə vergi ödəməlidir. Bu da vergi məcəlləsində konkret olaraq müəyyənləşdirilib. Burada müəyyən güzəştlər də nəzərdə tutulub. Dövlət qanunvericilik qaydasında hər bir vətəndaş 30 kvadrat metr əraziyə qədər vergi ödənişindən azad edilib. Müəyyən kateqoriyalı insanlardan 30 manat əmlak vergisindən, 10 manat isə torpaq vergisindən güzəştli ödənişin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hallarda güzəştlərin edilməsi qanunvericilik qaydasında həyata keçirilir. O cümlədən bələdiyyə özünün qərarı ilə müəyyən qrup insanlardan vergi vəsaiti almaya bilər.

Vətəndaşlar vergi ödəyicisi kimi aldığımız əmlakın çıxarışı varsa, həmin ərazi üzrə bələdiyyəyə gəlib qeydiyyata düşməlidirlər. Fərdi identifikasiya kodunu aldıqdan sonra ildə bir dəfə olmaq şərti ilə bələdiyyəyə əmlak vergisini, torpaq vergisini ödəməyə borcludurlar. Əgər vətəndaş bələdiyyədən iş tələb edirsə, işin yerinə yetirilməməsi təqdirdə qurumu günahlandırmamalıdır. Vətəndaş olaraq öz vergi borcumuzu ödəməliyik. Ondan sonra bələdiyyədən hər hansı bir işin görülməsini tələb edə bilərik.

Güman edirəm ki, hər bir vətəndaş bu işə məsuliyyətlə yanaşmalıdır. Əgər bələdiyyələrin inkişaf etməsini istəyiriksə, vətəndaşlar üzərlərinə düşən vergilərini vaxtında ödəməlidir.

Bələdiyyələrdə vergiləri 2 dəfəyə ödəmək məsələsi də vardır. Ödənilməyən vergilərin üzərinə qanunvericilikdə müəyyən edilmiş miqdarda faiz hesablanır. Vergilərin vaxtında ödənməməsi sonradan vətəndaşa müəyyən qədər problemlər yarada bilər. Ona görə də noyabrın 15-dək hər bir vətəndaş bələdiyyələrə olan vergi borcunu ödəməlidir".

https://big.az/549916-her-bir-vetendas-ozune-mexsus-olan-emlakdan-belediyyeye-vergi-odemelidir-vuqar-tofiqli.html


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
349

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
512

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
718

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
468

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
797

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
835

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
705

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1134

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1054