Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-01-2025 , 23:55

1627

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Nərimanov rayonunda Bələdiyyə seçkilərinə namizədlərlə seçicilərin növbəti görüşü keçirilib

HAŞİYƏ:  Bələdiyyə üzvlüyünə namizədlərin YAP-ın Nərimanov təşkilatında keçirilən görüşündə iştirakdan, etiraf edim ki, sonda   məmnun qaldım.
Hazırda prosesin necə və hansı şəraitdə getdiyindən xəbərim olsa da, o cümlədən son günlərdə ard-arda cəmiyyətdə nüfuzu olmayan, məhkuluq həyatı yaşamış, cəmiyyətdə heç bir siyasi çəki sahibi olmayan şəxslərin hansısa formada namizəd kimi mötəbər siyasi partiyanın xətti ilə verilməsi ilə bağlı  paylaşılan məlumatlar fonunda açığı bu görüşə könülsüz getdim.  
Ancaq ilk çıxışlardan artıq yanıldığmı gördüm. Yəni həm təşkilatçılıq baxımından, həm təcrübəli namizədlərin bir daha yüksək  siyasi savada sahib olduqlarının şahidi olmaq, xüsusən gənc namizədlərin məntiqə söykənən çıxışları bundan əvvəl paylaşılan məlumatların yaratdığı neqativi aradan qaldra bildi.
Namizədlərin əksəriyyətini  ilk dəfə görsəmdə əslində onların bir çoxu artıq bələdiyyə üzvü kimi fəaliyyətdə olublarmış. 
Deməli, uzun illər YAP-ın Nərimanov təşkilatına rəhbərlik etmiş, hazırda isə Nərimanov bələdiyyəsinin sədri olan Təmraz Tağıyevin bu namizədlərlə qalib  gəlmək şansları böyükdür və seçilmiş olsalar  daha böyük uğurlara imza ata biləcəklər. 
Başa düşüdüm ki, əslində Nərimanov bələdiyyəsinin uğurlarının kökündə məhz sədrin bələdiyyədə  yaratdığı səmimiyyətə söykənən bir abu-havanın da mühüm rolu var.
Demək, bu rayonda YAP-ın  irəli sürdüyü namizədlərə güvənməyə dəyər. Hər kəsə uğurlar.
***************************

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsinə Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.
YAP Nərimanov rayon təşkilatında keçirilən görüşdə giriş sözü ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bələdiyyələrin statusu, yerli ərazilərin quruculuq-abadlıq işlərində oynadıqları əhəmiyyətli roldan, bələdiyyələrin daha da inkişaf etdirilməsi üçün ölkə başçısının imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də ölkənin idarə olunmasında bələdiyyə üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb. E. Quliyev həmçinin, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.
Görüşdə bələdiyyə üzvlüyünə namizəd olan Təmraz Tağıyev, Kifayət Xudaverdiyeva, Nizami Babaşov, İradə Qarayeva, Tamerlan Əkbərov, Ülkər Piriyeva və digərləri çıxış edərək ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Çıxışçılar bələdiyyələrin vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin inkişafında mühüm rola malik olduğunu qeyd etdilər. Eyni zamanda, öz seçki platformaları haqda seçicilərə məlumat verdilər.
Görüşlər zamanı seçicilər 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində qalib partiya olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
848

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
709

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
666

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
542

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
728

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
546

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
745

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
935

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
621

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1016