Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2024 , 19:34

2119

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Hər bir vətəndaş səs verdiyi bələdiyyənin inkişafına dəstək verməli, vergisini vaxtında ödəməlidir"

"Hər bir vətəndaş qanunvericiliklə müəyyən edilmiş formada özünə məxsus mülkiyyətlə bağlı onun formasından asılı olaraq əmlak vergisi, torpaq vergisi ödəməyə borcludur. Bunu qanunvericilik qaydasında ümumi dünya üzrə qəbul edilmiş bir normadır. Azərbaycanda da bu artıq qəbul edilib və bu gün Azərbaycan bələdiyyəsinin əsas maliyyə istiqamətləri də məhz həmin istiqamətdən formalaşır. Yəni Azərbaycan bələdiyyəsinin büdcəsi iki əsas vergi növündən əmlak və torpaq vergisindən və ödənişlərdən daxil olan maliyyə hesabına formalaşır. Avtomobil dayanacağı, reklamla bağlı ödənişlər, torpağın satılması, özgələşdirilməsi, icarəyə verilməsi, ianələr, hətta dövlətin ayırdığı dotasiyalar büdcə gəlirlərinin istiqamətləridir. Vergi və rüsum növləri var ki, bunlar bələdiyyənin əsas maliyyə istiqamətləri, gəlirləridir. Əmlak və torpaq vergisi də həmin o istiqamətin əsas xəttini təşkil edir.

Bu gün Azərbaycan bələdiyyəsi 25 ildir ki, fəaliyyətdədir. Bu 25 illik fəaliyyət dövründə bir çox uğurlara imza atıb. Uğurlardan biri də ötən il bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin əmlak məsələləri dövlət xidmətinin məlumat bazasının inteqrasiya edilməsi hesab edilir. O inteqrasiya hesabına Azərbaycan bələdiyyəsinin büdcə gəlirlərinin cari ildə 20-25% artması gözlənilir".

Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli danışıb. Vüqar Tofiqli vurğulayıb ki, bu günə kimi vergi ödəyiciləri bir çox vergi ödəyiciləri vergi ödəməkdən müəyyən bəhanələrlə yayınırdı. Eyni zamanda gəlib bələdiyyədə qeydiyyata düşmür, bələdiyyəyə öz sənədlərini təqdim etməkdən yayınır və buna görə də, bələdiyyə də problemlə üzləşirdi və büdcə gəlirləri də kifayət qədər olmurdu. Hər hansı bir vətəndaşın, hər hansısa bir probleminin həllində çətinlik çəkilirdi. Amma bu gün həmin inteqrasiya sayəsində vətəndaşın sənəd təqdim edib-etməməsindən asılı olmayaraq məlumat bazasında məlumatı olur. Bələdiyyə bu inteqrasiya vasitəsilə məlumat əldə edə bilir ki, məsəslən, vətəndaşın evi 5 otaqlıdır, neçə kvardratmetrdir. Yəni artıq həmin o vergi borcunu hesablamaq konkretləşib. Bu inteqrasiya hesabına Azərbaycan bələdiyyəsinin büdcə gəlirinin cari ildə 20-25 faiz artacağı gözlənilir. Artıq ilkin 3-4 ay ərzində bu artıq hiss edilir. Vətəndaş həmin mülkiyyətdən istifadə edirsə və yaxud da o mülkiyyət onun icarəsindədirsə, vergi verməyə borcludur. Bu qanunvericilik qaydasında müəyyən edilmiş məsələdir.

Ekspert bildirib ki, əvvəllər bələdiyyələr bu məsələlərin həllində çətinlik çəkirdi.

“Məsələn, bələdiyyələr əmlakın inventar dəyərini hesablayırdılar. Burada müəyyən problemlər yaşanırdı və inventar dəyəri köhnə qiymətlərlə hesablanırdı. Nəticədə bu da bələdiyyənin büdcə gəlirlərinə mənfi təsir göstərən amillərdən biri idi. Məsələ qeyri-hökümət təşkilatları, ekspertlər və müvafiq qurumlar tərəfindən ictimailəşdirildi. Cənab prezident müvafiq hüquqi sənədləri imza atdıqdan sonra artıq bələdiyyənin vergi hesablanmasında artıq onlar konkret olaraq sahəsinə görə və müəyyən əmsallara görə hesaplanır. Yəni inventar dəyəri hesablanmır. Bir neçə il bundan qabaq yəni xeyli müddət bundan qabaq qəbul edilmiş bu dəyişdikdən sonra bələdiyyənin də müəyyən mənada büdcə gəliri məhz əmlak istiqamətində artmış oldu. Artıq ikinci mərhələdir. İnteqrasiya həyata keçirilib. Bu da müəyyən mənada bələdiyyənin büdcə gəlirlərini artıracaq, o cümlədən də vətəndaşın qaldırdığı problemlərin həllini sürətləndirmiş olacaq”-deyən Vüqar Tofiqli hesab edir ki, hər bir vətəndaş gedib, səs verdiyi bələdiyyənin inkişafına dəstək verməli, vergisini vaxtında ödəməli və istənilən halda, ianə şəklində özü bələdiyyənin inkişafına dəstək göstərməlidir ki, perspektivdə onun da qaldırdığı məsələ bələdiyyə tərəfindən sürətlə öz həllini tapmış olsun.

“2010-cu ilə nəzər salsaq, həmin dövrdə Azərbaycan bələdiyyəsinin əmlak vergisi ilə bağlı həcmi heç 3 milyona çatmırdı. Amma ötən il Azərbaycan bələdiyyəsinin büdcə gəliri, yəni əmlakla bağlı gəliri 16 milyon manata gəlib çatıb. Vətəndaş harda yaşamasından asılı olmayaraq, bələdiyyənin inzibati ərazisində yaşayan hər bir vətəndaş o vergini ödəməyə borcludur. Vətəndaş özünə məxsus əmlak mülkiyyətin formasından asılı olaraq, öz vergisini vaxtında verməlidir”-deyə Vüqar Tofiqli bildirib.

İradə Cəlil, Bizimyol.info

https://www.bizimyol.info/az/news/495199.html


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
493

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
456

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
451

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
488

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
524