Assosiasiyanın idarə heyətinə üzv seçilənlər sırasında onlar da var
Assosiasiyanın idarə heyətinə üzv seçilənlər sırasında onlar da var
Xəbər verdiymiz kimi noyabrın 18- də Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 94 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər müzakirə olunub.
Cari ilin yanvar ayında baş tutmuş seçkilər nəticəsində ölkə üzrə 685 bələdiyyə yenidən formalaşıb ki, bunlardan da 98-i qəsəbə bələdiyyəsidir. Yığıncaqda Assosiasiyanın İdarə Heyətinin 15 üzvü seçilib.
İdarə Heyətinə seçilən sırasında Binəqədi rayonu. M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Gəngərli rayonu, Qıvraq bələdiyyəsinin sədri İlkn Məmmədov, Abşeron rayonu , Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev, Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli, Sumqayıt şəhəri, Hacı Zeynəlabdin bələdiyyəsinin sədir Əsli Qasımova, Sabunçu rayonu, Zabrat bələdiyyəsinin səri Nailə Nəsirova, Xəzər rayonu, Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov, Goranboy rayonu, Aşağı Ağcakənd bələdiyyəsinin sədri Altun Quluyev, Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymir Həsənov, Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri Arzu Aslanova, Astara rayonu, Ərçivan bələdiyysinin sədri Mehman Quliyev, Beyləqan rayonu, Örənqala bələdiyyəsinin sədri Çingiz Nağıyev, Quba rayonu, Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafo Yevdayeva, Ağdam rayonu, Quzanlı bələdiyyəsinin sədri Rauf Məhərrəmov, Şəmkir rayonu, Çinarlı bələdiyyəsinin sədri Arzu Qafarov və Şəki rayonu, Turan bələdiyyəsinin sədri Leyla Lətifova seçiliblər.
Sonra seçilmiş sədrin təklifi əsasında Assosiasiyanın 3 müavini müəyyən olunub. Yığıncaqda Hümbət Hüseynov İdarə heyətinin sədri, Gəngərli rayonu, Qıvraq bələdiyyəsinin sədri İlkn Məmmədov, Abşeron rayonu, Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli sədr müavini seçiliblər.
Assosiasiyanın nəzarət -təftiş komissiyasına Sabunçu rayonu, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, Xəzər rayonu, Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov seçiliblər.
Belediyye.info
Rəylər
0 Rəy