Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-12-2025 , 09:47

301

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında


Şuşa rayonu üzrə 2025-ci ilin məhsulu üçün 01 yanvar 2025-ci il vəziyyətə 1844,0 hektar sahədə şumlama işi aparılmış, ondan 926,1 hektarında buğda, 637,8 hektarında arpa, 117,7 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 926,1 hektar buğda sahəsi və 637,8 hektar arpa sahəsi olmuşdur.

2025-ci ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 32,0 hektar sahədə tərəvəz, 2,0 hektar sahədə kartof, 35,5 hektar sahədə isə yazlıq yonca  və 43,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri (10,0 hektar yemiş, 33,5 hektar qarpız)  əkilmişdir.

Beləliklə, 2025-ci ilin məhsulu üçün 1864,8 hektar əkin sahəsi vardır. Bunun 1681,6 hektarı payızlıq, 113,0 hektarı yazlıq və 70,2 hektarı  isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 11,5 hektar bağ sahəsi vardır. 

  01 oktyabr 2025-ci il tarixinə bütün əkin sahələrində məhsul yığımı başa çatmışdır.

2025-ci il oktyabr ayının 01-i tarixinə 926,1 hektar buğda sahəsindən 2387,0 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 333,2 ton və ya 16,2 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 20,0 sentner/ha olduğu halda, bu il 25,8 sentner/ha olmuşdur. 

2025-ci il oktyabr ayının 01-i tarixinə 637,8 hektar arpa sahəsindən 1496,6 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 39,7 ton və ya 2,7  faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 19,0 sentner/ha olduğu halda, bu il 23,4 sentner/ha olmuşdur. 

2025-ci il oktyabr ayının 01-i tarixinə 2,0 hektar kartof sahəsindən 33,0 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 69,3 ton və ya 67,7 faiz azdır. Məhsuldarlıq keçən il 157,4 sentner/ha olduğu halda, bu il 165,0 sentner/ha olmuşdur.  

2025-ci il oktyabr ayının 01-i tarixinə 32,0 hektar tərəvəz sahəsindən 671,4 ton  məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 409,3 ton və ya 37,9 faiz az olmuşdur. Keçən il məhsuldarlıq 202,0 sentner/ha olduğu halda, bu il 209,8 sentner/ha olmuşdur. 

2025-ci il oktyabr ayının 01-i tarixinə 43,5 hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 886,3 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 719,0 ton və ya 44,8 faiz az olmuşdur. Keçən il məhsuldarlıq 175,4 sentner/ha olduğu halda, bu il 203,7 sentner/ha olmuşdur.

2025-ci il oktyabr ayının 01-i tarixinə 105,7 hektar yonca sahəsindən 465,0 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 19,4 ton və ya 4,4 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq  44,3 sentner/ha olduğu halda, bu il 44,0 sentner/ha olmuşdur. 

2025-ci il oktyabr ayının 01-i tarixinə 11,5 hektar meyvə bağı sahəsi vardır ki, 01 oktyabr 2025-ci il vəziyyətinə məhsul yığımı aparılmamışdır.

2025-ci il oktyabr ayının 01-i tarixinə heyvandarlıq sahəsində rayon üzrə bütün  təsərrüfat kateqoriyalarında  4399 baş iribuynuzlu mal-qara, o cümlədən 2139 baş inək və camış, 22087 baş qoyun və keçi mövcud olmuşdur. 

01 oktyabr 2025-ci il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən  iribuynuzlu mal-qaranın sayı  976 baş və ya 18,2 faiz, o cümlədən inək və camışların sayı 413 baş və ya 16,2 faiz, qoyun və keçilərin sayı isə 11199 baş və ya 33,6 faiz az olmuşdur.  

  2025-ci il oktyabr ayının 01-i tarixinə ət istehsalı 9037,0 sentner (diri çəkidə), süd istehsalı 16130,0 sentner, yumurta istehsalı 790,0 min ədəd, yun istehsalı isə 350,0 sentner olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6167,0 sentner və ya 225,1 faiz artmış, süd istehsalı  690,0 sentner və ya 4,1 faiz, yumurta istehsalı 6,0 min ədəd və ya 0,8 faiz yun istehsalı isə 130,0 sentner və ya 27,1 faiz az olmuşdur.

2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının həcmi 11257,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52,9 faiz çox olmuşdur. Sahə üzrə məhsul buraxılışının 2949,1 min manatını (26,2 faiz) bitkiçilik, 8307,9 min manatını (73,8 faiz) heyvandarlıq məhsulları təşkil etmişdir.

 Anar Xəlilov

Şuşa Rayon Statistika İdarəsinin rəisi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
376

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
730

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
710

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
584

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
801

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
708