Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-11-2025 , 01:36

561

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

RİH başçıları ilə bələdiyyə sədrlərinin əməhaqqları arasında fərq nə qədərdir?

Manset.az-ın məlumatına görə, ekspert Natiq Cəfərli inzibati-ərazi vahidləri üzrə icra başçılarının aylıq maaşlarını paylaşıb.

Bakı şəhər İcra Hakmiyyətinin başçısı – 7650 manat

Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat

Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)

Əhalisi 50–100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)

Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)

Natiq Cəfərlinin sözlərinə görə, bu məbləğlərdən 14% gəlir vergisi, 3% DSMF, 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və YAP-a üzvlük haqqı tutulur.

Natiq Cəfərli bildirib ki, icra başçılarının maaşları 1 mart 2022-ci ildən artırılıb. Həmin tarixdən onların əsas maaşına 1,5 misli əlavə tətbiq olunur.

Maraqlıdır bəs bələdiyyə sədrlərinin əməkhaqqları nə qədərdir?

Göründüyü kimi, şəhər və rayon icra başçılarının aylıq əməkhaqqları 3837 manatdan başlayıb 7650 manatda bitir.

Müşahidələr göstərir ki, ölkəmizdə formalaşmış 685  bələdiyyənin sədrlərinin əməkhaqqı 400 manatdan başlayıb maksimum 1800 manatda bitir. Nəzərə alaq ki, 1800 manat əməkhaqqı alan sədrlərin sayı maksimum 5 nəfərə yaxındır. Belə götürsək ortalama əməkhaqqı 400-600 manat ətrafında dəyişir.

Ən maraqlı məqam bir də ondadır ki, bəzən bələdiyyə sədri əməkhaqqını nədənsə rəsmən yazılsa da almır, nəticədə seçilmədikdə isə yeni seçilmiş bələdiyyə sədrindən bu əməkhaqqını tələb etməyə başlayır. Yeni seçilən sədr isə belə məqamda qalır iki daşın arasında. Bilmir DSMF borcunu ödəsin, yaşayış məntəqəsində hansısa layihənin icrasını həyata keçirsin, ya da sabiq sədrin əməkhaqqını ödəmiş olsun.  Nə isə....

Ancaq daha maraqlı məqam isə 4225 manata yaxın əməkhaqqı alan  bəzi siyasi rəhbərlərin gözlərinin bələdiyyə sədrlərin cibində olmasıdır.  Çox təəsüf ki, məhz bu xarakterdə olan siyasi rəhbərlər bələdiyyənin büdcəsinə göz dikdiyindən bələdiyyənin həyata keçirdiyi layihələri də öz adlarına çıxmaqdan çəkinmir. Hətta ən faciəli məqam onda olur ki, bələdiyyə əziyyət çəkib layihə icra edir, RİH bununla bağlı məlumat paylaşır, amma bələdiyyənin heç adı  belə çəkilmir.

Düşünürəm ki, ölkə başçısının son çıxışından sonra bu ayrı-seçkiliyə son qoyular. Hər halda, sizi bilmirəm, mən buna çox inanıram.

Çünki cənab Prezidentin təyin etdiyi yeni siyasi rəhbərlərlə görüşdəki  proqram xarakterli çıxışı əslində RİH başçılarına son xəbərdarliq kimi də başa düşülməlidir. Nə isə...

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
387

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
732

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
712

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
588

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
804

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
710