Səslənən fikirlər müşahidələrimə söykənir: BAYRAM TƏBRİKİ!!!
Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır. 107 yaşları tamam olur. Hər il olduğu kimi, bu ildə, ötən dövr ərzindəki fəaliyyətə nəzər salmaqla bu sahədə çalışanlara, xüsusəndə yaxından tanıdığım dostlara arzularımı çatdırmaq istərdim. Ötən bir il ərzində mənim üçün daha yaxın olan nazirliyin Bələdiyyələrlə iş Baş idarəsi və regional idarələri barəsində fikirlərimi qısa şəkildə bildirmək istərdim.
Bütün
hallarda nazirliyin bu qurumları həqiqətən ciddi şəkildə, bacardıqlarından da
artıq fəaliyyətdədirlər. Bələdiyyələrə metodiki
tövsiyə və inzibati nəzarəti həyata keçirmək, üstəlik cari ildə birləşdirmə ilə
bağlı işlərin öhdəsindən gəlmək deyərdim ki, "hər oğulun" işi deyil.
Birləşdirmə
komissiyalarındakı fəaliyyət, bələdiyyələrin yeni nizamnamələrinin təsdiqi ilə
bağlı atılan addımlar nəticə etibari ilə bələdiyyə sisteminin inkişafına töhfə
verən məqamlardır.
Yeni
rəhbərliyin gəlişi ilə bağlı atılan addımlar, Bələdiyyələrlə iş Baş idarəsində struktur dəyişikliyinın
aparılması, habelə “Bələdiyyələrlə iş”
informasiya sistemi və onun tərkibində “Bələdiyyə gəlir və xərclərinin vahid
portalı” yaradılması görülən işlərin ən vacibi kimi də etmək olar. Sözsüz ki, bu fəaliyyət bələdiyyələrdə şəffaflıq və maliyyə
intizamını əhəmiyyətli dərəcədə gücləndirməkdədir.
Ötən
dövr ərzində istər baş idarə, istərsə də regional idarələr işlərinin öhdəsindən
gəlməklə həm də öz xidmətlərini göstərmiş
oldular.
Bu
sahədə "təmizlənmə" işlərinin aparılması, struktura hazırda çalışan savadlı,
bacarıqlı və işini layiqincə bilən kadrlarla yanaşı, yeni perspektivli gənclərin
cəlb edilməsi, xüsusəndə sistemdə stimullaşdırıcı addımların atılması sonda öz
bəhrəsini vermiş olacaqdır.
Bu
gün Baş idarə ilə yanaşı, Şəmkir, Göyçay, Xaçmaz, İmişli, Gəncə, Lənkəran, Şəki
regional idarələrinin bələdiyyələrlə bağlı fəaliyyəti yüksək qiymətləndirilməlidir.
Düşünürəm ki, hələ ki azsaylı bələdiyyələrlə çalışan Qarabağ, habelə Şirvan
regional idarələri də bundan sonrakı fəaliyyəti ilə ümumi fəaliyyətə öz layiqli
töhfələrini verəcəklər.
Haşıyə
olaraq onu da əlavə etmək istərdim ki,
son günlərdə bələdiyyə assosiasiyalarının ümumi yığıncaqlarında Bələdiyyələrlə
iş Baş İdarəsinin rəisi Elmin Həsənovun
qısa və konkret görünən, lakin genişməzmunlu
çıxışı həm də bələdiyyələr üçün çəkilən strateji yol xəritəsi idi.
Burada
səslənən fikirlər, əsasən, mənim bələdiyyələrdən aldığım fikirlərə və müşahidələrimə söykənir.
Hər
halda yazılan fikirlərə onu da əlavə etmək istərdim ki, əgər adıçəkilən
qurumlarda komplektləşdirmə aparılmış olsa, bu qurumların bələdiyyələrin
inkişafına daha böyük töhfələr vermiş olacaq.
Son
olaraq, bu sahədə çalışan bütün ədliyyə qulluqçularını, xüsusəndə dostlarımı ürəkdən
təbrik edir, uğurlar arzulayır, bələdiyyələrin inkişafına bundan sonra da daha
böyük töhfələr verməyi arzu edirəm.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy