Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-11-2025 , 20:10

818

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qəsəbə bələdiyyələrinin büdcə daxilolmaları əvvəlki illərlə müqayisədə 44 faizədək artıb

Qubada Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib 

Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 18-də Quba Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikanın bütün qəsəbə bələdiyyələrini təmsil edən 98 nümayəndənin iştirak etdiyi ümumi yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, eləcə də təşkilati və digər məsələlər müzakirə olunub.

Yığıncaqda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət bütün sahələr üzrə ölkəmizin davamlı inkişafını təmin etdiyi kimi, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına zəmin yaradıb, vətəndaşların yerli özünüidarəetmədə fəallığını artırıb. Hesabat ilində bələdiyyələrin daha səmərəli fəaliyyəti ilə bağlı sistemli tədbirlər həyata keçirilib, bu sahədə qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilib, yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşdirilib.

Bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi davam etdirilib, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nin fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib, həyata keçirilən inteqrasiya və vergi-uçot sistemində aparılan optimallaşdırılma işləri nəticəsində qəsəbə bələdiyyələrinin büdcə daxilolmaları əvvəlki illərlə müqayisədə 44 faizədək artıb.

Bələdiyyələr aztəminatlı ailələrin, qocaların, əlillərin və valideyn himayəsindən mərhum uşaqların, eləcə də müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirmiş, yerli əhəmiyyətli problemlərin həlli istiqamətində əməli addımlar atmışdır.

Hesabat dövründə yerli özünüidarəetmənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həlli sahəsində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş qanunvericilik aktlarına əsasən bələdiyyələrin birləşdirilməsi həyata keçirilib. Birləşmə nəticəsində ölkədə fəaliyyət göstərən qəsəbə bələdiyyələrinin sayı 149-dan 98-ə endirilib. Cari ilin yanvarında keçirilən seçkilər nəticəsində ölkə üzrə 685 bələdiyyə yenidən formalaşıb.

Tədbirdə qeyd edilib ki, ötən dövrdə Milli Assosiasiya beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirib.

Ümumi yığıncağın sonunda müvafiq qərarlar qəbul edilib, qəsəbə bələdiyyələrinin fəaliyyətinin müasir çağırışlar və ölkəmizin yeni strateji inkişaf mərhələsinin tələbələri ilə uzlaşdırılması məqsədilə onların maliyyə, kadr və texniki bazasının daha da yaxşılaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Prezidentin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanı ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin bələdiyyələrin vahid informasiya sistemi qismində və dövlət informasiya sistemi statusunda fəaliyyətinin təşkili, milli assosiasiyalara verilən tövsiyələr, Sistemin Əsasnaməsinin ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiqlənməsi, sistemə ötürüləcək və sistemdən əldə ediləcək məlumatların dairəsinin Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilməsi dövlətimizin milli assosiasiyalara göstərdiyi yüksək etimadın və diqqətin göstəricisi kimi qiymətləndirilib. Bildirilib ki, bələdiyyələrin vahid informasiya sistemi onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməsində və korrupsiya hallarının aradan qaldırılmasında müstəsna rol oynayacaq.

Ümumi yığıncağın işində Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri iştirak ediblər.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
387

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
732

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
712

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
588

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
804

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
710