Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-10-2023 , 20:12

7051

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Hümbət Hüseynov beynəlxalq konqresdə növbəti dəfə çıxış edib 

Strasburgda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci sessiyası çərçivəsində "Yerli və regional media: demokratiyanın gözətçiləri, icma birliyinin keşikçiləri" mövzusunda maraqlı müzakirələr aparılıb.

Muzakirələrə qoşulan Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun çıxışının mətni sizə təqdim edirik:

Hörmətli sədarət!

Hörmətli həmkarlar!

Hamımız bilirik ki, mediada formalaşan vəziyyət həm də vətəndaşların iştirakı məsələsi ilə sıx bağlıdır. Ona görə də media demokratik cəmiyyətdə vətəndaşların ictimai işlərdə iştirakında onların əhval-ruhiyyəsini, fəallığını çatdırmaqda mühüm rol oynayır.

Artıq qeyd edildiyi kimi, son illər media sahəsində istər texnologiya sahəsində, istər  vətəndaş jurnalistikası, istər də yerli media və digər istiqamətlərdə bir sıra dəyişikliklər baş verib. Bu yeniliklər demokratik vətəndaşlıq və informasiyanın yaradılması və yayılmasında istifadəçilərin iştirakı üçün yeni imkanlar yaratmışdır.

Təbii ki, ənənəvi və yeni media arasındakı əlaqə bütün media iştirakçılarının müvafiq səviyyədə müdafiəsini təmin edəcək siyasət çərçivəsini yaratmaq və saxlamaq üçün hökumətin bütün səviyyələrində mövcud media siyasətlərinə yenidən baxılmasını tələb edir. Buna görə də Avropada media azadlığı və jurnalistlərin təhlükəsizliyi sahəsində ümumi vəziyyət həqiqətən vacibdir. Bundan əlavə, yerli və regional səviyyədə jurnalistlərin və jurnalistikanın təhlükəsizliyini və müdafiəsini təmin edən mexanizmlərin yaradılması və ya media azadlığının mümkün pozuntularının dərhal araşdırılması və ya qarşısının alınması öz aktuallığını itirmir. Eyni zamanda  regional medianın fəaliyyətinin təkmilləşdirilməsi və müvafiq qabaqcıl təcrübənin regional hakimiyyət orqanları arasında yayılması üçün şəraitin təmin edilməsi ilə bağlı milli və Avropa assosiasiyalarının dəstəyi də bu məsələdə mühüm əhəmiyyət kəsb edir.

Diqqətiniz üçün təşəkkür edirəm!

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
352

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
518

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
723

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
478

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
806

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
841

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
711

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1140

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1062