Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2023 , 22:03

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib

Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə könüllü qanvermə aksiyası keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsi ilə tanış olublar.
Sonra keçirilən qanvermə aksiyasına regional idarənin, Şirvan şəhərində fəaliyyət göstərən yerli ədliyyə qurumlarının əməkdaşları, həmçinin Şirvan apellyasiya və birinci instansiyası məhkəmələrinin hakimləri və aparat işçiləri böyük fəallıqla qoşularaq könüllü qan veriblər.
Aksiya iştirakçıları toplanan qanın hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə kömək olmasını arzulayıblar.





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İsmayıllı yeni ilə hazırşır
Gündəlik Xəbərlər
26-12-2023

Yeddinci onilliyin astanasında

Gündəlik Xəbərlər
14-12-2023

Otelləri ən çox pul qazanan 16 rayon

Gündəlik Xəbərlər
13-12-2023

İnamın bariz nümunəsi

Gündəlik Xəbərlər
10-12-2023